Ordu.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev dekabrın 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığının xidməti-döyüş fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlamasını qeyd edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin cari ilin oktyabr ayında işğaldan azad edilən ərazilərdə DSX-nin 3 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədçiləri yeni xidməti uğurlara ruhlandırdığı vurğulanıb.
Ordu.az