Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli” nəşri yazıb.
“Bu ümumi, “Google” vasitəsilə “soyqırımı” ilə bağlı mətn “yazmış” şəxs və Ermənistan XİN-in bəyanatı olaraq yayılmış mətnin müəllifi kimdir?...”, - deyə nəşr qeyd edib.
Bildirilib ki, Paşinyan Qarabağa səfər etmədiyi kimi, “soyqırımı” ilə bağlı Türkiyədən və beynəlxalq ictimaiyyətdən danışmamağı, heç nə tələb etməməyi öhdəsinə götürüb.
“Ermənistanda Ərdoğan və İlham Əliyevin qəzəbindən qorxan bir qüvvə var, acı və ağrılı reallıq budur”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az