Finlandiya ABŞ-dan F-35 almağa qərar verib, Fransa təəsüfləndiyini bildirib

2021/09/Q23WY-1632816245.jpg
Oxunub: 1169     12:35     11 Dekabr 2021    
Finlandiya hökuməti ölkənin HX proqramı kimi tanınan F-18 “Hornet” təyyarə parkını əvəz etmək üçün ABŞ-dan F-35 döyüş təyyarələrinin alınmasına qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Finlandiyanın bu qərrı ilə ABŞ təyyarələrinin Avropada dominatlığı davam edir. İyun ayında isveçrəlilər də ABŞ-dan qırıcı alınmasına qərar vermişdi.

Finlandiya HX proqramı üçün maksimum 11,3 milyard dollar büdcə ayırıblar. 64 ədəd F-35 A təyyarəsinin qiyməti 4,7 milyard avro, AMRAAM və “Sidewinder” raketlərinin bir anbarı 755 milyon avro, texniki xidmət paketi isə 2030-cu ilə qədər 2,9 milyard avroya başa gələcək. .

F-35 digər dörd rəqibini geridə qoyub: “Boeing” şirkətinin F-18 “Super Hornet”, Fransanın “Dassaul” şirkətinin “Rafale”, Britaniyanın “Eurofighter Typhoon2 və “Saab”ın “Gripen” təyyarələri.

“Lockheed Martin” Finlandiyanın beşinci nəsil döyüş təyyarəsini seçən 9-u Avropa ölkəsi olduğunu qeyd edib.

Fransa şirkəti Finlandiyanın seçimini Birləşmiş Ştatların, ehtimal ki, qitədəki qonşuları üzərində təzyiqi kimi təsvir edib. “Bir daha biz Amerikanın Avropada üstünlük təşkil etdiyinə diqqət yetiririk və təəssüflənirik”, - deyə şirkətin saytında yerləşdirilən bəyanatda bildirilib.

İlk F-35-in 2026-cı ildə Finlandiyada olması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AB>   finloandiya   Fransa   F-35  


Bizi "telegram"da izləyin