Almaniyanın yeni Müdafiə naziri vəzifəsinə başlayır: Qarşısında duran vəzifələr nələrdir?

2021/12/chris-1639043761.jpg
Oxunub: 2201     15:05     09 Dekabr 2021    
Almaniyanın yeni hökuməti təsdiqlənib. Sosial Demokrat partiyasından olan Kristin Lambreşt Almaniyanın yeni Müdafiə naziri vəzifəsinə başlayıb. Ekspertlər deyir ki, ölkənin müttəfiqləri Berlinin hərbi xərclərdən nüvə silahlarına qədər məsələlərlə bağlı mövqeyi ilə bağlı konkret məlumat gözləyirlər.

Lambreşt Almaniya ordusunun (Bundesver) satınalma proseslərində islahatlar aparacağını vəd edib. O, Almaniyanın xaricə qoşun göndərməsinin əsaslarının araşdırılacağını bildirib.

Almaniyanın yeni kansleri Olef Şolz onun əvvəllər iki quruma - Ədliyyə, eləcə də ailə işləri, yaşlı vətəndaşlar, qadınlar və gənclərə rəhbərlik etdiyi idarəçilik bacarıqlarını yüksək qiymətləndirərək, təcrübəsinin Almaniyanın təxminən 260.000 hərbi geyimli və mülki şəxsdən ibarət Müdafiə Nazirliyini idarə etməsinə kömək edəcəyini qeyd edib.

Almaniyada hökumət dəyişikliyi avropalıların Rusiyanın Ukrayna ilə sərhəddə hərbi güclənməsinə cavab verdiyi bir vaxtda baş verir.

Lambreşt hələ görülməmiş bir neçə yüksək profilli satınalma səylərini miras alır. Məsələn, hökumət keçən il “Lockheed Martin” və “Boeing”in təkliflərindən uzaqlaşdıqdan sonra yeni ağır yük daşıyan helikopteri proqramı hüquqi proseslərə ilişib. Sələfi Anneqret Kramp-Karrenbauer TLVS adlı daha uzun mənzilli raket əleyhinə silahı qurban verdiyi üçün yeni, qısa mənzilli antidron kompleksinin yaradılması gündəmdədir.

Daha sonra nüvə silahı daşıya bilən “Tornado” təyyarəsinin dəyişdirilməsi ilə bağlı çətin məsələ var. Koalisiya sazişi Berlinin NATO-nun nüvə arxitekturasına ümumi sadiqliyini təsdiqləsə də, bəzi müşahidəçilər “Tornado”nun dəyişdirilməsi proqramının incəliklərinin bu vədlərə mane olacağını bildirir.

Nəhayət, koalisiya sazişinin ÜDM-in 3 faizini müdafiə, diplomatiya və inkişafa xərcləməsinə dair bəyanatları hansı sahəyə nə qədər ayrılacağı ilə bağlı bir qədər suallar yaradıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Müdafiə  


Bizi "telegram"da izləyin