Erməni hərbi qulluqçu xidmət yoldaşı tərəfindən güllələnib

2019/07/23599-1562841625.jpg
Oxunub: 1090     09:36     09 Dekabr 2021    
Dekabrın 8-də saat 23:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin cənub-şərq istiqamətində yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Senik Arturoviç Saakyan (2003-cü il təvəllüdlü) xidmət yoldaşı tərəfindən güllələnib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Güllələnmə  


Bizi "telegram"da izləyin