Rəisi ilə Ərdoğan arasında telefon danışığı olub

2021/12/55-1638983421.jpg
Oxunub: 982     21:09     08 Dekabr 2021    
İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, telefon danışığında iki ölkə prezidenti müştərək əməkdaşlığın artırılmasına, xüsusi ilə iqtisadi sahədə və terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın artırılmasına təkid ediblər.

Rəisi deyib ki, terrorizmlə mübarizədə əsas yol ölkələrin hakimiyyətinə hörmətlə yanaşmaqdadır: "İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq keçmişini nəzərə alaraq bütün ölkələrlə bu istiqamətdə əməkdaşlıq etməyi alqışlayırıq".

Rəisi Tehran və Ankara arasında iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən danışıb və bildirib ki, tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyası keçiriləcək və əməkdaşlıqlar yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcək: “Biz təkidlə bildiririk ki, regiondakı problemlər region daxilində və ölkələrin fəal iştirakı ilə həll olunmalıdır. Əcnəbilərin müdaxiləsinə ehtiyac yoxdur”.

Türkiyə prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana gələcək səfərində iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Rəisi  


Bizi "telegram"da izləyin