Almaniya Müdafiə naziri yenə qadın olub

2021/12/33-1638965534.jpg
Oxunub: 912     16:01     08 Dekabr 2021    
Almaniyanın sabiq Ədliyyə naziri Kristina Lambrext müdafiə naziri təyin olunub.

Ordu.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 8-də uyğun sərəncam imzalayıb.

Bildirilib ki, Kristina Lambrext Almaniyanın ardıcıl üçüncü qadın müdafiə naziridir. Ondan əvvəl Urusla fon der Lyayen və Anneqret Kramp-Karrenbauer bu postu tutublar.

K.Lambrext bu gün kansler seçilən Olaf Şoltsun təmsil olunduğu Sosial-Demokrat Partiyasındandır. O, hüquqçu və siyasətçidir. Silahlı qüvvələr sahəsində təcrübəsinin olmadığı bildirilir. 2019-cu ildən ölkənin ədliyyə naziri işləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   MN  


Bizi "telegram"da izləyin