Ərdoğan İsraillə münasibətlərin normallaşdırılması yollarından danışıb

2021/12/455-1638963347.jpg
Oxunub: 612     15:10     08 Dekabr 2021    
“Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Xidməti Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizdə önəmli rol oynayır. Əlbəttə, İsraillə münasibətlərimizdə niyə belə bir proses olmasın?”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən jurnalistlərin İsraillə münasibətlərin normallaşdırılmasına dair sualını cavablandırarkən bildirib.

“Əbu-Dabinin vəliəhd şahzadəsinin Türkiyəyə gəlişi ilə Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında bir sıra mühüm müqavilələr imzalanıb. İsrail və Misirlə belə bir proses davam edə və ya başlaya bilərmi?" sualına cavab verən Ərdoğan qeyd edib ki, Türkiyə bölgədə sülhün bərqərar olması üçün çalışır.

“Bölgədə sülh üçün bunu faydalı hesab edirik. Əbu Dabi rəhbərliyindən belə bir istək və əlaqələrimizdən məmnuniyyət olduğu üçün biz də bu əlaqələri mərhələ-mərhələ inkişaf etdirdik”, - Türkiyə dövlət başçısı vurğulayıb.

İsrail rəhbərliyi ilə keçmişdə danışıqlarının olduğunu xatırladan Ərdoğan deyib ki, hazırda bu ölkənin Fələstinlə bağlı siyasətində daha həssas davranması vacibdir: “Bu məsələdə həssas davranacaqlarını gördüyümüz halda biz də müsbət addımlar atarıq. Onsuz da İsrail hansı mövzuya bizim həssas yanaşdığımızı bilir. Biz də onların hansı məsələdə həssas olduqlarını bilirik”.

Türkiyə Prezidenti bunları nəzərə alaraq qarşılıqlı şəkildə problemin həllinin mümkün olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ərdoğan İsraillə münasibətlərin normallaşdırılması yollarından danışıb

2021/12/455-1638963347.jpg
Oxunub: 613     15:10     08 Dekabr 2021    

Bizi "telegram"da izləyin