Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikası açıqlandı

2021/02/958ae-1614165870.jpg
Oxunub: 641     13:35     08 Dekabr 2021    
Bu ilin 9 ayı ərzində Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 993 şəxsə 109 443 tibbi xidmət göstərilib.

Ordu.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Yaşat Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O qeyd edib ki icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 687-si ambulator, 13 756-sı isə stasionar şəraitdə göstərilib.

"Tibbi xidmət alan şəxslərdən 7 051 nəfəri müharibə iştirakçısı, 942 nəfəri isə şəhid ailəsi üzvü olub. Həmin dövr ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 321 pasiyent üzərində 381 cərrahi əməliyyat icra olunub. Əməliyyatlar arasında cərrahi müdaxilədən sonrakı vəziyyətlər, hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr çoxluq təşkil edib. Həmçinin Tibbi Reabilitasiya Xəstəxanasında 696 nəfərə reabilitasiya xidmətləri göstərilib", - deyə Z. Əliyev bildirib.

Agentlik sədri qeyd edib ki, bu günədək 600-dən çox şəhid ailəsi üzvü, 1600-dən çox hərbçi və 300 terror qurbanına psixoloji yardım göstərilib və ehtiyac olduqda müalicə üçün həkim-psixiatrlara yönəldilib:

"Müvafiq qurumlarla birgə 100-dən çox Vətən müharibəsi iştirakçısına Bakı şəhərində psixiatrik və psixoloji dəstəyin göstərilməsi təmin edilib. İcbari tibbi sığorta çərçivəsində Vətən müharibəsi iştirakçılarına göstərilən tibbi xidmətlər barədə Agentlik tərəfindən həyat hekayələri çəkilir. Onlar müharibə dövründən, keçdikləri döyüş yolundan və aldıqları tibbi xidmətlər sayəsində sağlamlıqlarına qovuşmalarından bəhs edirlər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-müharibəsi   Xidmət  

Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikası açıqlandı

2021/02/958ae-1614165870.jpg
Oxunub: 642     13:35     08 Dekabr 2021    

Bizi "telegram"da izləyin