Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib

2021/08/c34d3-4886270976.jpg
Oxunub: 1036     13:33     08 Dekabr 2021    
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib.

Ordu.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "YAŞAT" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışında deyib.

O bildirib ki, bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib.

"İlin sonuna qədər proses davam edəcək. 10 min nəfərə yaxın şəxs sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlili olan şəxsə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslər gündəlik həyata inteqrasiya edə biləcək və əmək bazarına daxil olmasına şərait yaratmış olacaq"-nazir bildirib.

S.Babayev qeyd edib ki, 5500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub: "Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəlib. Bütün rəqəmlərin yekunu olaraq 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Bakıda vahid əlaqələndirmə mərkəzi vasitəsilə ötən 3 ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Ödəniş  


Bizi "telegram"da izləyin