Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib

2021/12/33-1638956451.jpg
Oxunub: 640     12:54     08 Dekabr 2021    
Bu il ərzində 20 min şəhid ailəsinə ödəniş təyin edilib.

Ordu.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Yaşat" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 2600-dək mənzil verilib.

"Bu proqram sosial cəhətdən həssas olan əlil və digər şəxsləri də əhatə edir. İl ərzində sosial psixoloji dəstək proqramları ilə 10 min nəfəri əhatə etdik. 1082 müharibə iştirakçısına müxtəlif reabilitasiya proqramı təyin edilib. Müxtəlif əzalarını itirən qazilərimiz elektron protezlərlə təmin edilib. Növbəti 15 gün ərzində müharibədə əzalarını itirən qazilərimizin protezlə təmin olunması yekunlaşacaq", - deyə S.Babayev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şəhid-ailəsi   Ödəniş   Şəhid  

Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib

2021/12/33-1638956451.jpg
Oxunub: 641     12:54     08 Dekabr 2021    

Bizi "telegram"da izləyin