Zəngəzur dəhlizində vaxt amili| Bəyanatla Ərdoğan-Putin zəngi arasında paralellər

2021/09/erdo--1632812715.jpg
Oxunub: 815     14:51     08 Dekabr 2021    
“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”.

Bu sözləri bir neçə gün əvvəl Quba sakinləri ilə görüşdə Prezident İlham Əliyev bildirib.

Soçidəki üçtərəfli görüşdə kifayət qədər uğurla qayıdan Prezidentin sərt ritorikasının Ermənistan və quru-quru bəyanatlar verən Minsk qrupuna yönəldiyi məlumdur. Burada onu qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutmayıb. Buna səbəb Ermənistanın görüş öncəsi təxribat törətməsidir.

Bundan əvvəl Moskvada baş nazir müavinləri səviyyəsində keçirilən görüşün nəticəsiz qaldığı vaxtlarda Soçi razılaşmalarının davam etdirilməsi ilə bağlı aktual problemlər var idi.

Prezidentin ultimatumunun dekabrın 3-də Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putinin telefon danışığından sonra səsləndirildiyi də xüsusi diqqət çəkir. Türkiyənin Soçi görüşündən narazılığı olması barədə məlumatlar var. Türkiyə Rusiyanın “3+3”ə razılıq vermək və onu sürətləndirməkdən danışa bilməsi ilə kifayətlənməsə də, reallıqda 3 ölçülü miqyasda razılaşmalar prosesini sürətləndirməyə çalışacaq.

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zəngəzur-dəhlizi   Putin-Ərdoğan  

Zəngəzur dəhlizində vaxt amili| Bəyanatla Ərdoğan-Putin zəngi arasında paralellər

2021/09/erdo--1632812715.jpg
Oxunub: 816     14:51     08 Dekabr 2021    

Bizi "telegram"da izləyin