Zəngəzur dəhlizi ilə bağlı ultimatum və qapalı bəyanat – BAXIŞ BUCAĞI

2021/12/455-1638809374.jpg
Oxunub: 1982     16:06     08 Dekabr 2021    
ATƏT-in Minsk Qrupu həmsədri olan üç ölkənin Xarici İşlər nazirləri dekabrın 2-də Stokholmda keçirilən ATƏT Nazirlər Şurasının pərdə arxasında birgə bəyanat qəbul ediblər. Rusiya Xarici İşlər naziri Sergey Lavrov qeyd edib ki, Xarici İşlər nazirləri səviyyəsində bəyanat qəbul edilib və burada Rusiyanın xüsusi vasitəçilik rolu da qeyd olunub.

Təxminən bir həftə keçib, amma heç bir açıqlama yoxdur və eyni zamanda, ABŞ və ya Fransa səviyyəsində Lavrovun sözləri təkzib edilməyib. ATƏT həmsədrlərinin himayəsi altında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutmayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, dekabrın 3-də nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfi təxribat törədib: “Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir”.

Bunun ardınca həmsədrlər təəssüfləndiklərini və razılaşacağı təqdirdə yeni görüş keçirməyə hazır olduqlarını bəyan ediblər.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı ultimatum verib.

“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”, - deyə Prezident Quba sakinləri ilə görüşdə bildirib.

Tələb formal olaraq Ermənistana ünvanlansa da, Prezidentin “ultimatum” məntiqinin həmsədr ölkələrə yönəldiyini də istisna etmək olmaz.

Məsələ burasındadır ki, Prezident İlham Əliyev son aylar müxtəlif məqamlarda Zəngəzur dəhlizinin önəmini vurğulyır.

Hazırda nəyinsə dəyişib-dəyişmədiyini söyləmək çox çətindir, lakin Minsk Qrupunun üç həmsədrinin bəyanatının ictimaiyyətə açıqlanmaması, eyni zamanda Prezident İlham Əliyevin ultimatumu xüsusi diqqət çəkir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zəngəzur-dəhlizi   Minsk-qrupu  

Zəngəzur dəhlizi ilə bağlı ultimatum və qapalı bəyanat – BAXIŞ BUCAĞI

2021/12/455-1638809374.jpg
Oxunub: 1983     16:06     08 Dekabr 2021    

Bizi "telegram"da izləyin