“Dejavü”: Ermənistan parlamentinin spikeri erməni əsirləri öldürməyi təklif edir?

2021/10/l-0x0-1634118151.jpg
Oxunub: 766     13:40     08 Dekabr 2021    
“Dejavü” teleqram kanalı video paylaşıb. Videoda Ermənistan parlamentinin sədri Alen Simonyan tədbirlərdən biri zamanı bir nəfərlə danışır və əsirlər məsələsinə toxunur.

Ordu.az xəbər verir ki, danışığın harada və nə zaman olduğu məlum deyil.

“Vətən. İndi üzr istəyirəm, ola bilər bir az yanlış şey deyirəm, amma mən o əsirləri hesab edirəm ki, artıq onlar yoxdurlar, mənim üçün yoxdurlar. Terrorçu təyyarəni götürdükdə İsrail terrorçu ilə danışıq aparmır, o təyyarəni vurur. Bəs bilirsiniz o əsirlər kimlərdirlər? Silahı qoymuş, qaçmış və azmış insanlardırlar. Mən bunu ucadan deyə bilmərəm. Sizi maraqlandırmı ki, niyə o əsirlərin valideynləri indi aktiv deyillər?”, - deyə Simonyan qeyd edib.

Bundan başqa Ermənistan parlamentinin spikeri parlamentdə jurnalistlərə açıqlamasında vurğulayıb ki, silahı yerə qoymuş, əsir düşmüş bütün erməni hərbi qulluqçularla bağlı hər şey istintaqla üzə çıxarılacaq.

Simonyan qeyd edib ki, erməni hərbi qulluqçulara qarşı böyük ehtimalla cinayət işi açılacaq və bu, onun dediyi deyil, qanunun tələbidir.

Daha sonra o, əsirlərlə bağlı internetdə yayılan videonun montaj edildiyini iddia edib: “Material montaj edilib, söhbət danışıqlardan gedir, müxtəlif situasiyalarda dövlətin mövqeyindən gedir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir   Cinayət  


“Dejavü”: Ermənistan parlamentinin spikeri erməni əsirləri öldürməyi təklif edir?

2021/10/l-0x0-1634118151.jpg
Oxunub: 767     13:40     08 Dekabr 2021    
“Dejavü” teleqram kanalı video paylaşıb. Videoda Ermənistan parlamentinin sədri Alen Simonyan tədbirlərdən biri zamanı bir nəfərlə danışır və əsirlər məsələsinə toxunur.

Ordu.az xəbər verir ki, danışığın harada və nə zaman olduğu məlum deyil.

“Vətən. İndi üzr istəyirəm, ola bilər bir az yanlış şey deyirəm, amma mən o əsirləri hesab edirəm ki, artıq onlar yoxdurlar, mənim üçün yoxdurlar. Terrorçu təyyarəni götürdükdə İsrail terrorçu ilə danışıq aparmır, o təyyarəni vurur. Bəs bilirsiniz o əsirlər kimlərdirlər? Silahı qoymuş, qaçmış və azmış insanlardırlar. Mən bunu ucadan deyə bilmərəm. Sizi maraqlandırmı ki, niyə o əsirlərin valideynləri indi aktiv deyillər?”, - deyə Simonyan qeyd edib.

Bundan başqa Ermənistan parlamentinin spikeri parlamentdə jurnalistlərə açıqlamasında vurğulayıb ki, silahı yerə qoymuş, əsir düşmüş bütün erməni hərbi qulluqçularla bağlı hər şey istintaqla üzə çıxarılacaq.

Simonyan qeyd edib ki, erməni hərbi qulluqçulara qarşı böyük ehtimalla cinayət işi açılacaq və bu, onun dediyi deyil, qanunun tələbidir.

Daha sonra o, əsirlərlə bağlı internetdə yayılan videonun montaj edildiyini iddia edib: “Material montaj edilib, söhbət danışıqlardan gedir, müxtəlif situasiyalarda dövlətin mövqeyindən gedir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir   Cinayət  


Bizi "telegram"da izləyin