Qazi ailə həyatının ilk addımlarını Şəhidlər Xiyabanında atıb - FOTOLAR

2021/12/32-3277933384.jpg
Oxunub: 2817     16:32     08 Dekabr 2021    
Ağdamda toy edən gənclər yeni ənənənin təməlini qoyublar. Vətən müharibəsində yaralanan qazi ailə həyatının ilk addımlarını Şəhidlər Xiyabanında atıb.

Ordu.az xəbər verir ki, ailə quran cütlük, toy günü bəy-gəlin stoluna əyləşməzdən öncə, Şəhidlər Xiyabanına ziyarət edib, şəhid olan döyüş yoldaşlarının ruhundan və ailəsindən xeyir-dua alıb.

Onlar xoşbəxt ailə təməlinin ilk addımlarını Şəhidlər Xiaybanını ziyarət etməklə atdılar. Vətən müharibəsi qazisi Feyruz Əliyev toy karvanını şadlıq məkanına deyil, Şəhidlər Xiyabanına aparıb. Gənclər bildiriblər ki, ikisi bu qərarı verdikdən sonra, fikirlərini ilkin olaraq ailələrinə daha sonra isə şəhid valideynlərinə bildiriblər.

Xəyalə Əsgərova: ”İkimizin qərarıdır. Allah rəhmət eləsin bütün şəhidlərimizə. İstədik şəhidlərdən halallıq alaq”.

Feyruz Əliyev: “Şəhidlərimizə borcluyuq. Şəhid analarının qarşısında baş əyirəm. Onların hamısına borcluyuq. Allah onlara səbr versin. Bu, bizim borcumuzdur. Bir mənim yox, bütün Azərbaycan xalqının borcudur ki, həmişə biz onları yadda saxlayaq. Belə bir xeyirdə-şərdə biz onları yaddan çıxatmamalıyıq. Onların qanı bahasına bizim bu Azərbaycan torpaqlarımız ermənidən alınıb.”

Toyunun xeyir-duasını şəhid olan döyüş yoldaşlarının ailəsindən almaq fikirini duyan şəhid ailələri bu addımı müsbət qarşıladıqlarını bildiriblər.

Şahid anası Maya Quluyev: “Feyruz mənə iki-üç gün əvvəl bu fikirini deyəndə, çox gözəl, normal qarşıladım. Çox gözəl təşəbbüsdür. Bilirsiniz, müqəddəs bir yerdən başlanan bir qədəmdir. İnşallah, bünövrəsi Şəhidlər Xiyabanından qoyulan bir evliliyin, Allah qoysa sonu da gözəl olar, xoşbəxt olar. Allah balamızı xoşbəxt eləsin”.

Ağdamın Üçoğlan kəndindən olan Vətən müharibəsi qazisi Feyruz Əliyev ailə quran bütün gənclərimizin ilk ziyarət yerlərinin Şəhidlər Xiyabanından başlamasını arzu etdiyini bildirib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-müharibəsi   Qazi  

Qazi ailə həyatının ilk addımlarını Şəhidlər Xiyabanında atıb - FOTOLAR

2021/12/32-3277933384.jpg
Oxunub: 2818     16:32     08 Dekabr 2021    

Bizi "telegram"da izləyin