“Joğovurd”: Ermənistan MN-də kadr qırğını başlayıb

2021/08/large-1629365853.jpg
Oxunub: 736     14:24     08 Dekabr 2021    
Ermənistan Müdafiə Nazirliyində kadr qırğını başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin baş katibi Artur Sarkisyan vəzifəsindən azad edilib.

“Yeri gəlmişkən, Nikol Paşinyan Sarkisyanın 2020-ci ilin birinci yarısındakı hesabatının müsbət nəticəsini əsas götürərək 27 iyul 2020-ci ildə onu mükafatlandırmışdı. Əldə etdiyimiz məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin administrasiyasının katibliyinin rəisi-baş katibin müavini Suren Poğosyan da vəzifəsindən azad edili”. - deyə nəşr qeyd edib.

Bildirilib ki, Ermənistan müdafiə naziri Suren Papikyan təyin olunduqdan sonra Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını mütəmadi olaraq çağırır və onların funksiyaları ilə şəxsən tanış olur: “Görüşlər nəticəsində Müdafiə Nazirliyinin rəhbərliyində müəyyən təhlillər aparılıb ki, nazirlikdə formalaşmış “ənənə”ləri istisna etmək üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarının dəyişməsindən başlamalıdır. Məsələ burasındadır ki, yeni təyin olunmuş nazirə məlum olub ki, nazirliyin struktur bölmələrində çalışan işçilər işi görmək məsuliyyətini bir-birinin üzərinə atırlar və bir çox hallarda iş irəli getmir. Belə halların qarşısını almaq üçün yaxın vaxtlarda Müdafiə Nazirliyinin bəzi idarələrində kütləvi şəkildə işdən çıxarılma halları olacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-MN   Kadr-qırğını  

“Joğovurd”: Ermənistan MN-də kadr qırğını başlayıb

2021/08/large-1629365853.jpg
Oxunub: 737     14:24     08 Dekabr 2021    

Bizi "telegram"da izləyin