“Hraparak”: Ermənistanda hərbi qulluqçu yoxa çıxıb

2021/12/df45s-1638954942.jpg
Oxunub: 1582     10:31     09 Dekabr 2021    
Noyabrın 16-da, Zəngəzurda hərbi əməliyyatların yenidən başladığı gün müqaviləli erməni hərbi qulluqçu Vahe Manukyanın yoxa çıxdığı barədə məlumat verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak “ nəşri yazıb.

“Hraparak” nəşrinin redaksiyasına zəng edən müqaviləli erməni hərbi qulluqçunun qardaşı Hayk Manukyan qardaşının hadisələrdən 5 gün əvvəl döyüş növbətçiliyinə gedəndən sonra yoxa çıxdığını bildirib.

“Onunla danışdıqdan sonra yoxdur və əlaqə saxlaya bilmirik. Müdafiə Nazirliyinə zəng edirəm, deyirlər ki, axtarış işləri aparılır. Müraciət etdiyimiz İnsan hüquqlarının müdafiəsində (Ombudsman ofisi) və digər yerlərdə yenilik yoxdur. Və hər gün zəng edirik, söndürürlər, həyat yoldaşı hərbi hissəyə getmişdi, demişdilər ki, yerində deyil”, - deyə yoxa çıxmış erməni hərbi qulluqçunun qardaşı bir müddət bundan öncə nəşrə verdiyi məlumatda qeyd edib.

Nəşr erməni hərbi qulluqçunun həyat yoldaşı ilə əlaqə saxlayıb və məlum olub ki, hadisədən təxminən 1 ay sonra erməni hərbi qulluqçu tapılmayıb, Ermənistan Müdafiə Nazirliyi “gözləyin”dən başqa heç nə demir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Erməni-hərbi-qulluqçu   Yoxa-çıxma  

“Hraparak”: Ermənistanda hərbi qulluqçu yoxa çıxıb

2021/12/df45s-1638954942.jpg
Oxunub: 1583     10:31     09 Dekabr 2021    

Bizi "telegram"da izləyin