Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın əmlakına həbs qoyulub

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 667     12:47     08 Dekabr 2021    
Ermənistanda məhkəmə qanunsuz əmlakının müsadirə edilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edərək bir sıra keçmiş yüksək vəzifəli məmurların və onların yaxınlarının əmlakına həbs qoyub.

Ordu.az xəbər verir ki, qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı iddianın təmin edilməsi vasitəsi olaraq həbs tətbiq olunub.

Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri, deputat Seyran Ohanyanın, onun həyat yoldaşı Ruzanna Xaçatryanın, onunla əlaqəsi olan şəxs Jak Fovonun, Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisinin rəhbəri Vaçaqan Qazaryanın, onun həyat yoldaşının, qızının və oğlunun əldə etdiyi əmlakın qanuniliyini araşdırıb.

Məhkəmə sözügedən şəxslərin əmlakına həbs qoyub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın əmlakına həbs qoyulub

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 668     12:47     08 Dekabr 2021    
Ermənistanda məhkəmə qanunsuz əmlakının müsadirə edilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edərək bir sıra keçmiş yüksək vəzifəli məmurların və onların yaxınlarının əmlakına həbs qoyub.

Ordu.az xəbər verir ki, qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı iddianın təmin edilməsi vasitəsi olaraq həbs tətbiq olunub.

Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri, deputat Seyran Ohanyanın, onun həyat yoldaşı Ruzanna Xaçatryanın, onunla əlaqəsi olan şəxs Jak Fovonun, Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisinin rəhbəri Vaçaqan Qazaryanın, onun həyat yoldaşının, qızının və oğlunun əldə etdiyi əmlakın qanuniliyini araşdırıb.

Məhkəmə sözügedən şəxslərin əmlakına həbs qoyub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin