Türkiyənin “Dimdeg” gəmiləri insansız dəniz platformaları ilə birlikdə tapşırıqları yerinə yetirə biləcək

2021/12/dimde-1638952139.jpg
Oxunub: 901     16:19     08 Dekabr 2021    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılan “Dimdeg” təchizat gəmisi dəniz platformaları ilə birlikdə tapşırıqları yerinə yetirə biləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyədə keçirilən Hərbi Logistika və Dəstək Zirvəsinin ilk günündə “Sefine” Gəmiqayırma Zavodunun rəsmisi bildirib.

“Dimdeg” layihəsinin ilk gəmisi olan “TCG Derya”nın 2024-cü ilin aprel ayında təhvil verilməsi planlaşdırılır.

Yeni gəmilərdə əvvəlki plandan fərqli olaraq 2 qüllə yerinə 4 qüllə və 16 tonluq helikopter daşıma qabiliyyəti əlavə edilərək personal tutumu 326-ya yüksəldilib.

“Sefine” Gəmiqayırma Zavodu ASELSAN ilə birgə müxtəlif faydalı yüklərlə (tank əleyhinə raketlər, torpedolar, kəşfiyyat avadanlığı və s.) təchiz oluna bilən avtonom insansız dəniz platformaları ailəsi üzərində işlərini davam etdirir.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin ikinci ən böyük gəmisi olacaq “Dimdeg” suüstü elementlərin yanacaq, su, qida, yağ, sursat və digər ehtiyaclarını qarşılayacaq. O, həmçinin döyüş əməliyyatları mərkəzinin, tapşırıq qrupu komanda mərkəzinin və döyüş idarəetmə sisteminin imkanları daxilində komanda gəmisi və təlim gəmisi kimi istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dimdeg  


Türkiyənin “Dimdeg” gəmiləri insansız dəniz platformaları ilə birlikdə tapşırıqları yerinə yetirə biləcək

2021/12/dimde-1638952139.jpg
Oxunub: 902     16:19     08 Dekabr 2021    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılan “Dimdeg” təchizat gəmisi dəniz platformaları ilə birlikdə tapşırıqları yerinə yetirə biləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyədə keçirilən Hərbi Logistika və Dəstək Zirvəsinin ilk günündə “Sefine” Gəmiqayırma Zavodunun rəsmisi bildirib.

“Dimdeg” layihəsinin ilk gəmisi olan “TCG Derya”nın 2024-cü ilin aprel ayında təhvil verilməsi planlaşdırılır.

Yeni gəmilərdə əvvəlki plandan fərqli olaraq 2 qüllə yerinə 4 qüllə və 16 tonluq helikopter daşıma qabiliyyəti əlavə edilərək personal tutumu 326-ya yüksəldilib.

“Sefine” Gəmiqayırma Zavodu ASELSAN ilə birgə müxtəlif faydalı yüklərlə (tank əleyhinə raketlər, torpedolar, kəşfiyyat avadanlığı və s.) təchiz oluna bilən avtonom insansız dəniz platformaları ailəsi üzərində işlərini davam etdirir.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin ikinci ən böyük gəmisi olacaq “Dimdeg” suüstü elementlərin yanacaq, su, qida, yağ, sursat və digər ehtiyaclarını qarşılayacaq. O, həmçinin döyüş əməliyyatları mərkəzinin, tapşırıq qrupu komanda mərkəzinin və döyüş idarəetmə sisteminin imkanları daxilində komanda gəmisi və təlim gəmisi kimi istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dimdeg  


Bizi "telegram"da izləyin