Türkiyədə istehsal edilən “Togan” mərmiləri “Kargo-150” PUA-larından atılacaq

2021/12/toga-1638952059.jpg
Oxunub: 995     15:20     08 Dekabr 2021    
Türkiyənin TÜBİTAK SAGE müəssisəsi tərəfindən hazırlanan “Togan” mərmiləri “Dasal” şirkəti tərəfindən istehsal edilən “Kargo-150” PUA-larının yeni versiyasına inteqrasiya edilib.

Ordu.az xəbər verir ki, bu barədə TÜBİTAK SAGE-in “Twitter” səhifəsində məlumat yayılıb.

İlk sınaqlar aparılmağa başlayıb. İnteqrasiya araşdırmalarından sonra sınaq atışlarında hədəflər uğurla məhv edilib.

Ankarada keçirilən Hərbi Logistika və Dəstək Zirvəsi çərçivəsində iki şirkət arasında əməkdaşlıq protokolu da imzalanıb.

Yayılan fotolarda “Kargo-150” PUA-sına cəmi 8 “Togan” mərmisinin inteqrasiya edildiyi görünür. PUA-nın ümumi yükgötürmə qabiliyyəti 150 kq-dır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Togan  


Türkiyədə istehsal edilən “Togan” mərmiləri “Kargo-150” PUA-larından atılacaq

2021/12/toga-1638952059.jpg
Oxunub: 996     15:20     08 Dekabr 2021    
Türkiyənin TÜBİTAK SAGE müəssisəsi tərəfindən hazırlanan “Togan” mərmiləri “Dasal” şirkəti tərəfindən istehsal edilən “Kargo-150” PUA-larının yeni versiyasına inteqrasiya edilib.

Ordu.az xəbər verir ki, bu barədə TÜBİTAK SAGE-in “Twitter” səhifəsində məlumat yayılıb.

İlk sınaqlar aparılmağa başlayıb. İnteqrasiya araşdırmalarından sonra sınaq atışlarında hədəflər uğurla məhv edilib.

Ankarada keçirilən Hərbi Logistika və Dəstək Zirvəsi çərçivəsində iki şirkət arasında əməkdaşlıq protokolu da imzalanıb.

Yayılan fotolarda “Kargo-150” PUA-sına cəmi 8 “Togan” mərmisinin inteqrasiya edildiyi görünür. PUA-nın ümumi yükgötürmə qabiliyyəti 150 kq-dır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Togan  


Bizi "telegram"da izləyin