Nazir müavini: "Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını təhrif edir"

2021/12/444-1638890355.jpg
Oxunub: 570     12:25     08 Dekabr 2021    
“Ümumilikdə qarşı tərəfdən bu və ya digər məsələlərin cəmiyyətə təhrif olunmuş şəkildə təqdim olunması, təəssüflər olsun ki, ilk dəfə baş vermir. Biz hələ Vətən müharibəsi dövründə Ermənistan cəmiyyətinə təqdim olunmuş yanlış məlumatları hələ də xatırlayırıq”.

Ordu.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı əldə etdiyi yüksəkliklər, işğaldan azad etdiyi şəhər və kəndlərlə bağlı Ermənistan rəhbərliyi cəmiyyətə tamamilə yanlış məlumatlar verirdi. Bilirsiniz ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması Ermənistan cəmiyyətində partlayışa səbəb oldu. Bunun səbəb isə cəmiyyətin müharibə dövründə məlumatsızlıq vakuumunda saxlanması və ermənilərin yanlış məlumatlar fonunda tamamilə fərqli təsəvvürə malik olması ilə bağlı idi. Ermənistan cəmiyyəti hərbi əməliyyatlarla bağlı cəbhədə mövcud vəziyyətin nədən ibarət olduğunu bilmirdi”, - deyə nazir müavini bildirib..

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məhkəmə   Ermənistan  


Nazir müavini: "Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını təhrif edir"

2021/12/444-1638890355.jpg
Oxunub: 571     12:25     08 Dekabr 2021    
“Ümumilikdə qarşı tərəfdən bu və ya digər məsələlərin cəmiyyətə təhrif olunmuş şəkildə təqdim olunması, təəssüflər olsun ki, ilk dəfə baş vermir. Biz hələ Vətən müharibəsi dövründə Ermənistan cəmiyyətinə təqdim olunmuş yanlış məlumatları hələ də xatırlayırıq”.

Ordu.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı əldə etdiyi yüksəkliklər, işğaldan azad etdiyi şəhər və kəndlərlə bağlı Ermənistan rəhbərliyi cəmiyyətə tamamilə yanlış məlumatlar verirdi. Bilirsiniz ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması Ermənistan cəmiyyətində partlayışa səbəb oldu. Bunun səbəb isə cəmiyyətin müharibə dövründə məlumatsızlıq vakuumunda saxlanması və ermənilərin yanlış məlumatlar fonunda tamamilə fərqli təsəvvürə malik olması ilə bağlı idi. Ermənistan cəmiyyəti hərbi əməliyyatlarla bağlı cəbhədə mövcud vəziyyətin nədən ibarət olduğunu bilmirdi”, - deyə nazir müavini bildirib..

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məhkəmə   Ermənistan  


Bizi "telegram"da izləyin