KİV: İsrail İranın Suriyadakı silahlarının 75%-ni məhv edib

2018/07/1047291386_1532498129.jpg
Oxunub: 1031     20:32     08 Dekabr 2021    
İsrail Suriyada İranın təchiz etdiyi silahların təxminən dörddə üçünü məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər saytı ölkənin təhlükəsizlik idarəsindəki mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan mənbələr silahların bir hissəsinin İranda istehsal olunduğunu və Suriyaya qurudan, havadan və dənizdən qaçaqmalçılıq yolu ilə gətirildiyini, həmçinin müharibənin davam etdiyi ölkədə iranpərəst silahlı qruplar və aktivləri təmin etmək üçün aparıldığını bildiriblər.

Mənbələr öz qiymətləndirmələrində qeyd ediblər ki, İsrail həm Suriyada İrana, həm də Suriyanın İranla müttəfiq prezidenti Bəşər Əsəd rejiminə qarşı tam çəkindirməyə nail olub.

İsrailin əməliyyatları zamanı zədələnənlər arasında raketlər, hava hücumundan müdafiə sistemləri, PUA, silah istehsalı infrastrukturu və digər aktivlər var.

Suriyanın dövlət mediası çərşənbə axşamı İsrailin Latakiya limanına ilk dəfə olaraq hava hücumu təşkil etdiyini bildirib. İsrail bu xəbərləri açıq şəkildə şərh etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


KİV: İsrail İranın Suriyadakı silahlarının 75%-ni məhv edib

2018/07/1047291386_1532498129.jpg
Oxunub: 1032     20:32     08 Dekabr 2021    
İsrail Suriyada İranın təchiz etdiyi silahların təxminən dörddə üçünü məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər saytı ölkənin təhlükəsizlik idarəsindəki mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan mənbələr silahların bir hissəsinin İranda istehsal olunduğunu və Suriyaya qurudan, havadan və dənizdən qaçaqmalçılıq yolu ilə gətirildiyini, həmçinin müharibənin davam etdiyi ölkədə iranpərəst silahlı qruplar və aktivləri təmin etmək üçün aparıldığını bildiriblər.

Mənbələr öz qiymətləndirmələrində qeyd ediblər ki, İsrail həm Suriyada İrana, həm də Suriyanın İranla müttəfiq prezidenti Bəşər Əsəd rejiminə qarşı tam çəkindirməyə nail olub.

İsrailin əməliyyatları zamanı zədələnənlər arasında raketlər, hava hücumundan müdafiə sistemləri, PUA, silah istehsalı infrastrukturu və digər aktivlər var.

Suriyanın dövlət mediası çərşənbə axşamı İsrailin Latakiya limanına ilk dəfə olaraq hava hücumu təşkil etdiyini bildirib. İsrail bu xəbərləri açıq şəkildə şərh etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin