Erməni siyasi xadim: “Soçidə nə baş verib, nə razılaşdırıblar?”

2021/12/85411-1638872693.jpg
Oxunub: 979     16:52     08 Dekabr 2021    
“Soçi görüşündən 10 gün keçdi. Soçidə nə baş verib, nə razılaşdırıblar, Baş nazirin müavinləri nə ilə bağlı danışıqlar aparırlar, proses hara gedir?”.

Ordu.az xəbər verir ki, bunu öz məqaləsində erməni siyasi xadim, Ermənistanın Alternativ Layihələr Qrupunun üzvü Vahe Hovhannisyan yazıb.

Hovhannisyan qeyd edib ki, insanlar bir həftədir bu sualları bir-birlərinə verirlər, lakin cavablar yoxdur.

“Nikol xəbərdardır, Mher Qriqoryan xəbərdardır. Mətbuatdan öyrənirik ki, məsələ ətrafında Vətəndaş Müqaviləsi Partiyasının qapalı iclası olub. Bizə nə? Bu müddət ərzində Rusiya XİN mövcud problemlərə eyham vuran parlament sədrimizə quru cavab verir”, - deyə o bildirib.

Erməni siyasi xadim vurğulayıb ki,Ermənistanda cəmiyyətin 99,99 faizi heç nə bilmir.

“Prezident Armen Sarkisyan başqasının dodaqları ilə deyir ki, o da xəbərsizdir. Bilmirmi və nəhayət məlumat tələb etmir ki, sonra o da ictimaiyyətlə danışsın? Təsəvvür etmək dəhşətlidir ki, indi bir neçə nəfər sülh və ya müharibə məsələsini, dövlətçiliyimizin mövcud olub-olmamasını və sairi satır”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Soçi  


Erməni siyasi xadim: “Soçidə nə baş verib, nə razılaşdırıblar?”

2021/12/85411-1638872693.jpg
Oxunub: 980     16:52     08 Dekabr 2021    
“Soçi görüşündən 10 gün keçdi. Soçidə nə baş verib, nə razılaşdırıblar, Baş nazirin müavinləri nə ilə bağlı danışıqlar aparırlar, proses hara gedir?”.

Ordu.az xəbər verir ki, bunu öz məqaləsində erməni siyasi xadim, Ermənistanın Alternativ Layihələr Qrupunun üzvü Vahe Hovhannisyan yazıb.

Hovhannisyan qeyd edib ki, insanlar bir həftədir bu sualları bir-birlərinə verirlər, lakin cavablar yoxdur.

“Nikol xəbərdardır, Mher Qriqoryan xəbərdardır. Mətbuatdan öyrənirik ki, məsələ ətrafında Vətəndaş Müqaviləsi Partiyasının qapalı iclası olub. Bizə nə? Bu müddət ərzində Rusiya XİN mövcud problemlərə eyham vuran parlament sədrimizə quru cavab verir”, - deyə o bildirib.

Erməni siyasi xadim vurğulayıb ki,Ermənistanda cəmiyyətin 99,99 faizi heç nə bilmir.

“Prezident Armen Sarkisyan başqasının dodaqları ilə deyir ki, o da xəbərsizdir. Bilmirmi və nəhayət məlumat tələb etmir ki, sonra o da ictimaiyyətlə danışsın? Təsəvvür etmək dəhşətlidir ki, indi bir neçə nəfər sülh və ya müharibə məsələsini, dövlətçiliyimizin mövcud olub-olmamasını və sairi satır”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Soçi  


Bizi "telegram"da izləyin