Putinlə Baydenin həlledici söhbəti ərəfəsində Zəngəzur dəhlizi bəyanatı: “Bizə tarix versinlər”

2021/06/656-1624010658.jpg
Oxunub: 2602     14:22     07 Dekabr 2021    
Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunda sakinlərlə görüşündə müharibəni xatırladıb və bir sıra vacib açıqlamalar verib.

“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”, - deyə dövlət başçısı bildirib.

İlham Əliyev bununla Azərbaycanın necə güclü mövqeyə sahib olduğunu həm Ermənistana, həm də bütün dünyaya xatırlatmaq istəyir. Azərbaycanın Ermənistanda Zəngəzur dəhlizini tələb etməsi yeni deyil. Bir neçə gün öncə Putin-Ərdoğan arasında telefon danışığı olub, bu gün axşam isə Bayden-Putin videokonfransı baş tutacaq. Prezidentin bəyanatını bu konteksdə oxumaq lazımdır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin bu axşam başlayacaq videokonfransı qapalı keçiriləcək. “Kommersant” yazır ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov deyib ki, prezident Putin görüşdən sonra hər hansı açıqlama verməyi planlaşdırmır.

“Biz düşünürük ki, bu, kifayət qədər uzun və mənalı video konfrans olacaq”, - deyə Peskov bildirib. Onun sözlərinə görə, iki prezidentin görüşünün bəzi görüntüləri efirdə nümayiş etdiriləcək. “Əlbəttə, söhbət yalnız ilk hissədən gedir. Bütün kontaktlar bağlanacaq. Bu, iki prezidentin birbaşa söhbəti olacaq. Prezident Baydenin yanında kimin olacağını deyə bilmərəm”, - deyə Kreml sözçüsü əlavə edib.

Bu yaxınlarda ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə, xüsusən də Ukraynadakı vəziyyətlə bağlı uzun söhbətə ümid etdiyini açıqlayıb. Rusiyanın Ukraynaya silahlı təcavüzü barədə danışan Bayden bildirib ki, ABŞ Rusiyanın hərəkətlərindən çoxdan xəbərdardır. Bayden Putinin danışdığı Ukraynadakı vəziyyət kontekstində heç kimin “qırmızı xətlərini” qəbul etmədiyini də bildirib.

Beləliklə, bu fonda Prezident İlham Əliyev açıqlamasında bu məsələnin konstruktiv şəkildə, danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin yaxşı olacağını vurğulayıb, lakin o, xəbərdarlıq edib ki, hələ gec olmadan Ermənistan Azərbaycanın şərtlərini qəbul etməli və səmimi olmayan yanaşmaya son qoymalıdır.

Qeyd edək ki, Prezidentin bəyanatı Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri arasında yolların blokadadan çıxarılması məsələsi ilə bağlı Moskva danışıqlarından sonra səsləndirilib. Görüşdən sonra tərəflər birgə bəyanatla çıxış etməyiblər. Bir müddət əvvəl İlham Əliyev və Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli danışıqlardan sonra Vladimir Putin bildirib ki, qərarlar qəbul edilib və bu qərarlar Baş nazirlərin Müavinləri Komitəsi tərəfindən açıqlanmalıdır.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi bəyan edib ki, üçtərəfli komissiyanın yarımçıq qalmış iclası yaxın günlərdə davam edəcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan detalları açıqlamadan tərəflərin razılığa gələ bilmədiklərini bildirib.

Azərbaycanın xarici işlər naziri ATƏT-in Stokholmda keçirilən konfransı çərçivəsində erməni həmkarı ilə görüşdən imtina edib və Ermənistanın nəzərdə tutulan görüşə saatlar qalmış təxribat törətdiyini bildirib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Zəngəzur  

Putinlə Baydenin həlledici söhbəti ərəfəsində Zəngəzur dəhlizi bəyanatı: “Bizə tarix versinlər”

2021/06/656-1624010658.jpg
Oxunub: 2603     14:22     07 Dekabr 2021    

Bizi "telegram"da izləyin