KİV: Finlandiya F-35 qırıcıları almağa qərar verib

2021/10/768-1634629526.jpg
Oxunub: 1014     17:25     07 Dekabr 2021    
Finlandiya Hərbi Hava Qüvvələrinin yeni döyüş təyyarəsi seçimi F-35 “Lightning II” olacaq.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin “İltalehti” nəşri yazıb.

Finlandiya Hərbi Hava Qüvvələri beş ildən çoxdur ki, ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal olunan F/A-18C/D təyyarələrini öz inventarında yeniləmək üçün müxtəlif şirkətlərin döyüş təyyarələrini qiymətləndirir.

Nəşr bildirib, Finlandiya yaxın günlərdə yekun qərarını açıqlayacaq. Mediaya sızan xəbərə görə, tenderi qazanan təyyarə F-35 olub.

Plana görə, 2025-2029-cu illər arasında istismardan çıxarılacaq F/A-18C/D “Hornet” təyyarələrinin yerinə cəmi 64 yeni nəsil çoxməqsədli döyüş təyyarəsi alınacaq. Layihənin ümumi dəyərinin 11,4 milyard avroya çatacağı gözlənilir.

Finlandiyanın elan etdiyi tenderdə ABŞ şirkətlərindən “Boeing” F/A-18E/F “Super Hornet”lə, “Lockheed Martin” F-35-lə, Fransanın “Dassault” şirkəti “Rafale” ilə, Britaniya “Eurofighter Typhoon” ilə və İsveçin “Saab” firması JAS-39 “Gripen E/F” ilə iştirak edirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   F-35  


Bizi "telegram"da izləyin