İran Fransanın BƏƏ-yə aviasiya vasitələri satmasından narahatdır

2021/12/000_9-1638859240.jpg
Oxunub: 679     12:31     08 Dekabr 2021    
İran Fransanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 80 ədəd “Rafale” qırıcısı və 12 ədəd helikopter satmasını tənqid edib.

Ordu.az xəbər verir ki, İran Fransanı Körfəz regionunda “sabitliyi pozmaqda” ittiham edib.

Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirib ki, İran Fransanın regionda sabitliyin pozulmasındakı rolunu gözardı etməyəcək.

“Biz Fransanın daha məsuliyyətli olmasını gözləyirdik. Bölgəmizin hərbiləşdirilməsi qəbuledilməzdir və onların bölgədə satdıqları silahlar narahatlıq mənbəyidir”, - deyə Xətibzadə qeyd edib.

Xətibzadə, həmçinin İranın raket proqramının dünya gücləri tərəfindən pisləndiyi bir vaxtda qlobal narahatlığa səbəb olmadan “ərəb ölkələrinə milyardlarla dollarlıq silahların satılmasından” şikayətlənib.

Fransa parlamentinin hesabatına görə, BƏƏ 2011-2020-ci illər arasında 4,7 milyard avro dəyərində sövdələşmələrlə Fransa müdafiə sənayesi üçün beşinci ən böyük müştəri olub.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fransadan 80 ədəd “Dassault” istehsalı “Rafale” döyüş təyyarəsi və 12 ədəd “Caracal” helikopterləri alacaq. Sifariş Makronun BƏƏ və Səudiyyəyə səfəri əsnasında verilib. BƏƏ-yə təhvil veriləcək “Rafale” döyüş təyyarələrinin ən son konfiqurasiyada olacağı təxmin edilir. Fransa Prezidentinin sarayından verilən açıqlamaya görə, iki ölkə arasında imzalanan müqavilənin ümumi dəyəri 17 milyard avro (19,20 milyard dollar) təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Fransa  

İran Fransanın BƏƏ-yə aviasiya vasitələri satmasından narahatdır

2021/12/000_9-1638859240.jpg
Oxunub: 680     12:31     08 Dekabr 2021    

Bizi "telegram"da izləyin