“Hraparak”: Ermənistan Qazaxıstandakı nümayəndəlik səviyyəsini endirir

2021/12/image-1638786181.jpg
Oxunub: 1294     17:50     08 Dekabr 2021    
Uzun müddətdir ki, Ermənistanın AİB tərəfdaşı olan Qazaxıstanda səfiri yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, ilk baxışdan Qazaxıstan Ermənistan üçün o qədər də vacib olmasa da, əslində çox açar ölkə və oyunçudur.

“Axı bu, Rusiyanın maraqlarının Çin və Qərbin maraqları ilə kəsişdiyi ərazidir. Qazaxıstan həm də Mərkəzi Asiyada lider ölkə kimi Qafqaz regionunda, Xəzər hövzəsində Rusiyanın əsas tərəfdaşıdır. Və açıq-aşkar müstəqillik arzularına, rus və rusdilli əhalinin çoxluğuna baxmayaraq, mötədil siyasət yürüdür və müxtəlif mərkəzlərin maraqlarını balanslaşdırmağa çalışır”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, bir sözlə bu, Ermənistan səfirliyinin başqa ölkələrin səfirlikləri ilə rahat işləyə biləcəyi platformadır və nəhayət Qazaxıstan səfiri həm də Qırğızıstanda səfirdir.

“Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, onlar Ermənistan xarici işlər nazirinin müavini Armen Gevondyanı Qazaxıstana göndərməyə hazırlaşırdılar, indi isə bu fikirdən əl çəkiblər”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaxıstan  


“Hraparak”: Ermənistan Qazaxıstandakı nümayəndəlik səviyyəsini endirir

2021/12/image-1638786181.jpg
Oxunub: 1295     17:50     08 Dekabr 2021    
Uzun müddətdir ki, Ermənistanın AİB tərəfdaşı olan Qazaxıstanda səfiri yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, ilk baxışdan Qazaxıstan Ermənistan üçün o qədər də vacib olmasa da, əslində çox açar ölkə və oyunçudur.

“Axı bu, Rusiyanın maraqlarının Çin və Qərbin maraqları ilə kəsişdiyi ərazidir. Qazaxıstan həm də Mərkəzi Asiyada lider ölkə kimi Qafqaz regionunda, Xəzər hövzəsində Rusiyanın əsas tərəfdaşıdır. Və açıq-aşkar müstəqillik arzularına, rus və rusdilli əhalinin çoxluğuna baxmayaraq, mötədil siyasət yürüdür və müxtəlif mərkəzlərin maraqlarını balanslaşdırmağa çalışır”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, bir sözlə bu, Ermənistan səfirliyinin başqa ölkələrin səfirlikləri ilə rahat işləyə biləcəyi platformadır və nəhayət Qazaxıstan səfiri həm də Qırğızıstanda səfirdir.

“Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, onlar Ermənistan xarici işlər nazirinin müavini Armen Gevondyanı Qazaxıstana göndərməyə hazırlaşırdılar, indi isə bu fikirdən əl çəkiblər”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaxıstan  


Bizi "telegram"da izləyin