“1in.am”: Təhvil vermək, yoxsa yaratmaq - Ermənistanın həyati daxili siyasi dilemması

2021/12/Untit-1638786091.jpg
Oxunub: 586     15:23     08 Dekabr 2021    
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Moskvada Vahid Rusiya Partiyasının təşkil etdiyi beynəlxalq konfransda etdiyi çıxışında müharibədə qazandığı hərbi qələbə münasibətilə Azərbaycanı təbrik edən KTMT üzv ölkələrinin davranışını sinizm kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

“Sarkisyanın sözlərinə görə, KTMT üzvü olan ölkələrin digər dövləti KTMT üzvü üzərində qazandığı qələbə münasibətilə necə təbrik etməsini ağıllı şəkildə izah etmək mümkün deyil. Söhbət İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan və bu yaxınlarda Aşqabadda baş tutan Assambleyanın bəyannaməsinin mətninin altını imzalamış ölkələr olan Qazaxıstan, Qırğızıstan və Tacikistandan gedir”, - deyə nəşr bildirib.

Məqalədə yazılıb ki, “məxməri inqilab”dan və 44 günlük müharibədən sonra da Ermənistanın daxili siyasi həyatının əsas məntiqi eynidir, sadəcə indi meyl və ya məqsəd Ermənistan bahasına Serj Sarkisyanı yox, Nikol Paşinyanı “təhvil vermək”dir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məğlubiyyət  


“1in.am”: Təhvil vermək, yoxsa yaratmaq - Ermənistanın həyati daxili siyasi dilemması

2021/12/Untit-1638786091.jpg
Oxunub: 587     15:23     08 Dekabr 2021    
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Moskvada Vahid Rusiya Partiyasının təşkil etdiyi beynəlxalq konfransda etdiyi çıxışında müharibədə qazandığı hərbi qələbə münasibətilə Azərbaycanı təbrik edən KTMT üzv ölkələrinin davranışını sinizm kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

“Sarkisyanın sözlərinə görə, KTMT üzvü olan ölkələrin digər dövləti KTMT üzvü üzərində qazandığı qələbə münasibətilə necə təbrik etməsini ağıllı şəkildə izah etmək mümkün deyil. Söhbət İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan və bu yaxınlarda Aşqabadda baş tutan Assambleyanın bəyannaməsinin mətninin altını imzalamış ölkələr olan Qazaxıstan, Qırğızıstan və Tacikistandan gedir”, - deyə nəşr bildirib.

Məqalədə yazılıb ki, “məxməri inqilab”dan və 44 günlük müharibədən sonra da Ermənistanın daxili siyasi həyatının əsas məntiqi eynidir, sadəcə indi meyl və ya məqsəd Ermənistan bahasına Serj Sarkisyanı yox, Nikol Paşinyanı “təhvil vermək”dir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məğlubiyyət  


Bizi "telegram"da izləyin