Erməni ictimai xadim: “Biz bütün bunları itirmişik ki, bir adama birdən-birə xain deməsinlər...”

2021/12/timth-1638785553.jpg
Oxunub: 804     16:28     08 Dekabr 2021    
“Parlamentin sədri seçilənə qədər yeganə yüksək vəzifə “Maf” klubunda mafiya idarə etmək olursa, beynəlxalq platformada sənin dəliliklərinin reaksiyası belə ağrılı olur”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “Alternativ” ictimai təşkilatının sədri Narek Mantaşyan yazıb.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan parlamentinin sədri Alen Simonyana, onun rusiyalı jurnalistlərin yanında işlətdiyi “Ruslar Qarabağı təhvil veriblər və təhvil verən biz olsaydıq, “Lavrov planı” ilə razılaşardıq” ifadəsinə cavab verdib.

“5000-dən artıq qurban, yüzlərlə əsirlər və boğulmuş talelər, itirilmiş Şuşa, Hadrut, 7 rayon var və Qarabağın statusu haqqında xatırlatma belə yoxdur, Zəngəzurdan da ciddi itkilər, Basarkeçərdən itkilər, Mehri dəhlizi ilə bağlı ilkin razılaşmalar var... Reallıq budur və biz bütün bunları itirmişik ki, bir adama birdən-birə xain deməsinlər”, - deyə Mantaşyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Erməni ictimai xadim: “Biz bütün bunları itirmişik ki, bir adama birdən-birə xain deməsinlər...”

2021/12/timth-1638785553.jpg
Oxunub: 805     16:28     08 Dekabr 2021    
“Parlamentin sədri seçilənə qədər yeganə yüksək vəzifə “Maf” klubunda mafiya idarə etmək olursa, beynəlxalq platformada sənin dəliliklərinin reaksiyası belə ağrılı olur”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “Alternativ” ictimai təşkilatının sədri Narek Mantaşyan yazıb.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan parlamentinin sədri Alen Simonyana, onun rusiyalı jurnalistlərin yanında işlətdiyi “Ruslar Qarabağı təhvil veriblər və təhvil verən biz olsaydıq, “Lavrov planı” ilə razılaşardıq” ifadəsinə cavab verdib.

“5000-dən artıq qurban, yüzlərlə əsirlər və boğulmuş talelər, itirilmiş Şuşa, Hadrut, 7 rayon var və Qarabağın statusu haqqında xatırlatma belə yoxdur, Zəngəzurdan da ciddi itkilər, Basarkeçərdən itkilər, Mehri dəhlizi ilə bağlı ilkin razılaşmalar var... Reallıq budur və biz bütün bunları itirmişik ki, bir adama birdən-birə xain deməsinlər”, - deyə Mantaşyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin