Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin aviasiya bölməsi məlumat yayıb.
“Boeing” şirkəti tərəfindən istehsal edilən PUA-nın “USS Corc Buş” aviadaşıyıcısında yerləşdirildiyi qeyd olunur.
MQ-25 “Stingray” ABŞ Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında “tanker PUA” layihəsi çərçivəsində “Boeing” tərəfindən dizayn edilmiş və hazırlanmış PUA-dır. “Boeing” F/A-18-də istifadə edilən bəzi hissələri bu platformada da istifadə edərək xərcləri azaltmağı və logistikanı asanlaşdırmağı hədəfləyib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin radarda görünməyən tanker PUA-sı ilə kritik və riskli bölgələrdə hava elementlərinə yanacaq doldurma qabiliyyəti qazanacağını təxmin edə bilərik.
Sevinc Əliyeva
Ordu.az