Azərbaycan öz siyasi gündəmini addım-addım irəli aparır

2021/12/gfhfg-1638613028.jpg
Oxunub: 965     16:41     04 Dekabr 2021    
Ötən il noyabrın 9-da biabırçı kapitulyasiya bəyanatının imzalanmasından sonra heç nə dəyişməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Azərbaycan öz siyasi gündəmini addım-addım irəli aparır, Ermənistan isə addım-addım geri çəkilir, əraziləri və kommunikasiyaları Azərbaycana güzəştə gedir.

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, enerji geosiyasəti üzrə erməni mütəxəssis Armen Manvelyan nəşrə açıqlamasında bildirib ki, Soçidə verilən bəyanatlar, habelə son dövrdə demarkasiya və blokadadan çıxarma ilə bağlı səslənən başqa bəyanatlar bir reallığı sübut edir.

“Bütün bunlar sübut edir ki, buna qədər mövcud gündəmlərdən kənara çıxılmır. Halbuki Ermənistan dövləti ilə Ermənistanın hazırkı hakimiyyətini ayıraraq qeyd etməliyik ki, bu gündəmlər Ermənistana və erməni xalqına sərfəli deyil. Hakimiyyətin siyasi maraqları dövlətimizin və xalqımızın maraqları ilə üst-üstə düşmür”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kapitulyasiya   Azərbaycan   Qələbə  


Azərbaycan öz siyasi gündəmini addım-addım irəli aparır

2021/12/gfhfg-1638613028.jpg
Oxunub: 966     16:41     04 Dekabr 2021    
Ötən il noyabrın 9-da biabırçı kapitulyasiya bəyanatının imzalanmasından sonra heç nə dəyişməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Azərbaycan öz siyasi gündəmini addım-addım irəli aparır, Ermənistan isə addım-addım geri çəkilir, əraziləri və kommunikasiyaları Azərbaycana güzəştə gedir.

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, enerji geosiyasəti üzrə erməni mütəxəssis Armen Manvelyan nəşrə açıqlamasında bildirib ki, Soçidə verilən bəyanatlar, habelə son dövrdə demarkasiya və blokadadan çıxarma ilə bağlı səslənən başqa bəyanatlar bir reallığı sübut edir.

“Bütün bunlar sübut edir ki, buna qədər mövcud gündəmlərdən kənara çıxılmır. Halbuki Ermənistan dövləti ilə Ermənistanın hazırkı hakimiyyətini ayıraraq qeyd etməliyik ki, bu gündəmlər Ermənistana və erməni xalqına sərfəli deyil. Hakimiyyətin siyasi maraqları dövlətimizin və xalqımızın maraqları ilə üst-üstə düşmür”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kapitulyasiya   Azərbaycan   Qələbə  


Bizi "telegram"da izləyin