Zəngəzur dəhlizi yenidən gündəmdədir| Paşinyanın qışqırıq səsi parlamentin dəhlizlərində eşidilir

2019/12/f-1577615665.jpg
Oxunub: 5644     12:32     04 Dekabr 2021    
Ötən gün axşam saatlarında Nikol Paşinyan müdafiə naziri Suren Papikyanla parlamentdə olub və "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə kifayət qədər gərgin, əsəbi müzakirə aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Nəşrin məlumatına görə, müzakirə axşam saatlarına qədər davam edib və hansısa bir anda Paşinyan o qədər qəzəblə danışıb ki, onun səsi parlamentin dəhlizlərində eşidilib.

""Vətəndaş müqaviləsi" fraksiyasında olan mənbələrimiz bu görüş haqqında təfərrüatları bildirdi. Əvvəlcə Baş nazirin niyə qışqırdığı, gərginliyin səbəbinin nə olduğu ilə maraqlandıq, həmsöhbətimiz çaşıb qaldı: "Nə edək, ölkənin gələcəyi məsələsidir, əsəbləşməyək?"", - deyə müəllif qeyd edib.

Nəşrin digər bir mənbəsi etiraf edib ki, Baş nazir müavinlərinin Moskvada keçirilən görüşündə Zəmgəzur vasitəsilə Azərbaycanın qərb hissəsini Naxçıvana bağlayan dəhliz və ya Zəngəzur dəhlizi məsələsi yenidən gündəmə gəlib.

"Mher Qriqoryan təşviş içində İrəvana qayıdıb, Nikol Paşinyana məruzə edib, o da edəcəklərinə qərar vermələri, komanda ilə məsləhətləşmək üçün parlamentə tələsib", - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Paşinyan  


Zəngəzur dəhlizi yenidən gündəmdədir| Paşinyanın qışqırıq səsi parlamentin dəhlizlərində eşidilir

2019/12/f-1577615665.jpg
Oxunub: 5645     12:32     04 Dekabr 2021    
Ötən gün axşam saatlarında Nikol Paşinyan müdafiə naziri Suren Papikyanla parlamentdə olub və "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə kifayət qədər gərgin, əsəbi müzakirə aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Nəşrin məlumatına görə, müzakirə axşam saatlarına qədər davam edib və hansısa bir anda Paşinyan o qədər qəzəblə danışıb ki, onun səsi parlamentin dəhlizlərində eşidilib.

""Vətəndaş müqaviləsi" fraksiyasında olan mənbələrimiz bu görüş haqqında təfərrüatları bildirdi. Əvvəlcə Baş nazirin niyə qışqırdığı, gərginliyin səbəbinin nə olduğu ilə maraqlandıq, həmsöhbətimiz çaşıb qaldı: "Nə edək, ölkənin gələcəyi məsələsidir, əsəbləşməyək?"", - deyə müəllif qeyd edib.

Nəşrin digər bir mənbəsi etiraf edib ki, Baş nazir müavinlərinin Moskvada keçirilən görüşündə Zəmgəzur vasitəsilə Azərbaycanın qərb hissəsini Naxçıvana bağlayan dəhliz və ya Zəngəzur dəhlizi məsələsi yenidən gündəmə gəlib.

"Mher Qriqoryan təşviş içində İrəvana qayıdıb, Nikol Paşinyana məruzə edib, o da edəcəklərinə qərar vermələri, komanda ilə məsləhətləşmək üçün parlamentə tələsib", - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Paşinyan  


Bizi "telegram"da izləyin