Türkiyə Monqolustanda patron zavodu tikəcək

2021/12/33818-1638606302.jpg
Oxunub: 1169     17:18     04 Dekabr 2021    
Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti Monqolustanda patron istehsalı zavodu inşa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətlə Monqolustanın Müdafiə Sənayesi Şurası arasında müqavilə imzalanıb.

MKE-nin baş direktoru Yasin Akdere Türkiyənin paytaxtı Ankarada keçirilən imzalanma mərasimində bildirib ki, zavod ildə 10 milyon patron istehsal edəcək.

Türkiyədə səfərdə olan Monqolustan Müdafiə naziri Saikhanbayar Gürsed Türkiyənin müdafiə sənayesində inkişaf etmiş bir ölkə olduğunu və iki ölkənin qurumlarının imzası və əməkdaşlığı ilə mühüm işlər görəcəyinə inandığını bildirib.

MKE bir müddət əvvəl İordaniyada oxşar fabrikin yaradılması üçün müqavilə imzalamışdı. Şirkət sözügedən fabriklə bağlı müxtəlif ölkələrlə danışıqlar aparır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Monqolustan  


Türkiyə Monqolustanda patron zavodu tikəcək

2021/12/33818-1638606302.jpg
Oxunub: 1170     17:18     04 Dekabr 2021    
Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti Monqolustanda patron istehsalı zavodu inşa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətlə Monqolustanın Müdafiə Sənayesi Şurası arasında müqavilə imzalanıb.

MKE-nin baş direktoru Yasin Akdere Türkiyənin paytaxtı Ankarada keçirilən imzalanma mərasimində bildirib ki, zavod ildə 10 milyon patron istehsal edəcək.

Türkiyədə səfərdə olan Monqolustan Müdafiə naziri Saikhanbayar Gürsed Türkiyənin müdafiə sənayesində inkişaf etmiş bir ölkə olduğunu və iki ölkənin qurumlarının imzası və əməkdaşlığı ilə mühüm işlər görəcəyinə inandığını bildirib.

MKE bir müddət əvvəl İordaniyada oxşar fabrikin yaradılması üçün müqavilə imzalamışdı. Şirkət sözügedən fabriklə bağlı müxtəlif ölkələrlə danışıqlar aparır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Monqolustan  


Bizi "telegram"da izləyin