MAM-L sursatı ilə uğurlu atışlar| Azərbaycan Türkiyədən “Hürkuş” təlim təyyarələri alır? – ARAŞDIRMA (II YAZI)

2021/12/89999-1638776705.jpg
Oxunub: 7135     11:46     06 Dekabr 2021    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olundu. Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak etdi.

Dünən isə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir açıqlamasında bildirdi ki, Azərbaycan Türkiyənin “Hürkuş” (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır: “TCG Anadolu”nun (amfibiya hücum gəmisi - red) 2022-ci ildə istifadəyə verilməsinə çalışırıq. Gəmiyə PUA və zərbə PUA-larının yerləşdirilməsi ilə bağlı layihə davam edir. Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı inkişafı görəcəyik”.

“Hürkuş-B”: Yeni nəsil təlim təyyarəsi

“Hürkuş” layihəsi çərçivəsində yerli imkanlardan istifadə etməklə Türkiyə Silahlı Qüvvələrinin təlim təyyarə ehtiyaclarını ödəyəcək və dünya bazarında pay sahibi olacaq unikal təlim təyyarəsinin dizaynı, inkişafı, prototip istehsalı və beynəlxalq sertifikatlaşdırılması hədəflənir.

TUSAŞ tərəfindən həyata keçirilən layihə çərçivəsində ilkin olaraq 2 prototip təlim təyyarəsi, 2 yerüstü təyyarə və texniki məlumat paketinin hazırlanması və çatdırılması planlaşdırılırdı.

Hər iki prototipi tamamlanan “Hürkuş “təyyarəsi 11 iyul 2016-cı il tarixində “TT32 Təyyarə Tipi Sertifikatı” aldı. Həmin gün DGCA-nın Sertifikatı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən bütün Avropa ölkələri üçün təsdiq edilib. Beləliklə, “Hürkuş” Avropa Mülki Aviasiya Təşkilatından tip sertifikatı alan ilk türk təyyarəsi oldu.

26 sentyabr 2013-cü il tarixində keçirilən SSİK-də Hərbi Hava Qüvvələri Komandanlığının 15 yeni nəsil əsas təlim təyyarəsinə olan ehtiyacını ödəmək üçün “Hürkuş” təyyarələrinin kütləvi istehsalı təklifi ilə bağlı TUSAŞ ilə müqavilə danışıqlarına başlanması qərara alındı. Bu qərardan sonra aparılan araşdırmalar və danışıqlar nəticəsində 26 dekabr 2013-cü ildə “Hürkuş-B” müqaviləsi imzalandı, hazırda istehsal və montaj prosesləri davam edir.

“Hürkuş-B” adlanan təyyarə, hərbi əsas təlim təyyarəsi ehtiyaclarına uyğun olaraq ASELSAN tərəfindən hazırlanmış kokpit quruluşuna və missiya kompüterinə sahibdir.

“Hürkuş-B” çərçivəsində əsas təlim təyyarələrindən ilkinin 2018-ci ildə, son təyyarənin isə 2019-cu ildə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilməsi planlaşdırılırdı.

Başlanğıcda iki prototip təyyarə ilə 530 uçuşun 567 saatı havada keçib. Bu uçuşlarda 356 knot sürətə, 35.500 fut yüksəkliyə çatıldı. Son məlumatlara görə isə proqram çərçivəsində hazırlanan təyyarə indiyədək 559 uçuş həyata keçirib. Uçuşlarda sistem funksiyası testləri, hava məlumat sisteminin kalibrlənməsi, sabitlik və idarəetmə testləri, fövqəladə sınaqlar, aşağı sürət, ətraflı dayanma və aerodinamik konfiqurasiya testləri, fırlanma testləri, sabitlik və nəzarət testləri, performans testləri, havada mühərrik susdurma testləri, aerobatika və əməliyyat sınaqları, yüksək sürət və çırpınma testləri və s. həyata keçirilib.

29 yanvar 2018-ci ildə ilk uçuşunu həyata keçirən “Hürkuş” təyyarəsi hələ arsenala daxil edilməyib. 3 ədəd “Hürkuş-B” model təyyarə sınaq üçün Türkiyə Hərbi Hava Qüvvələrinə təslim edilib. 28 iyun 2013-cü ildə ilk uçuşunu edən və uzun illər Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına girə bilməyən “Hürkuş” təlim təyyarələrinin hansı ölkəyə ixrac edildiyi də açıqlanmayıb.

“Hürkuş-B” qabaqcıl təlim təyyarəsi müasir və qlobal hərbi təlim təyyarəsi tələblərinə uyğun olaraq xüsusi olaraq dizayn edilib. Yeni nəsil rəqəmsal kokpit, unikal yüksək tandem oturacaq konfiqurasiyası, öz sinfinin ən yaxşı pilot görmə qabiliyyəti, uçuş zamanı oksigen istehsal sistemi və yüksək performanslı mühərriki ilə “Hürkuş” ən tələbkar missiyalar üçün sərfəli həll təklif edir.

“Hürkuş” 2019-cu ildə Boliviyada təqdim edilib və Boliviya Prezidenti Eva Morales və Boliviya Hərbi Hava Qüvvələri Komandanı General Gonzalo Terceros Lara da “Hürkuş”un La Pazdakı tanıtım uçuşlarında iştirak edib.

Keçən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niger prezidenti Məhəmməd Bazum ilə telefon danışığı aparıb. Ərdoğan Nigerin Türkiyədən “Bayraktar TB2” zərbə PUA-ları, “Hürkuş” təlim təyyarələri və müxtəlif zirehli maşınlar alacağını bildirib.

Yüngül hücum variantı

Yüngül hücum və silahlı kəşfiyyat variantı olan “Hürkuş-C” müasir dünyanın döyüş meydanlarında asimmetrik təhlükələrə qarşı ucuz, çevik həll təklif edir. “Hürkuş”un qabaqcıl təlim imkanları qorunarkən, 7 xarici yükləmə stansiyası ilə “Hürkuş-C” istifadəçilərinə yüksək hündürlüklərdə və çətin coğrafiyalarda, gündüz və gecə şəraitində çətin tapşırıqları yerinə yetirmək üçün istifadə edilə bilən 1500 kq-a qədər böyük yük tutumu təklif edir.
Təyyarə müxtəlif yüngül raketlər və ağıllı döyüş sursatları daşıya bilər. Onlar portativ (daşınabilən) hava hücumundan müdafiə sistemlərinə qarşı tədbirlərə sahibdir, 12,7 və 20 mm-lik silahlar və müxtəlif hava sursatı daşımaq üçün dizayn edilib. Daha əvvəl təyyarələr ROKETSAN tərəfindən hazırlanmış MAM-L sursatı ilə uğurlu atışlar həyata keçirib. Bu yüngül hücum təyyarələri nisbətən daha təhlükəsiz hava sahələrində yaxın hava dəstəyi təmin edə bilər

Cari ilin aprel ayında yayılan məlumatlara görə, “Hürkuş-C” yüngül hücum təyyarələri üçün xarici müştəri tapılıb. Şirkətin Baş direktoru Temel Kotil qeyd edib ki, adını açıqlaya bilməyəcəyi bir ölkəyə 12 ədəd “Hürkuş-C” təyyarələrinin tədarükü üçün razılaşma əldə edilmək üzrədir.

Kotil “Hürkuş-C” təyyarələrinin Konyada atəş sınaqlarını müvəffəqiyyətlə həyata keçirdiyini də bildirib. HÜRKUŞ-C-nin Türkiyə Quru Qoşunları Komandanlığı və Jandarma Ümumi Komandanlığının inventarına daxil edilməsi planlaşdırılır.

Cari ildə “Anatolian Phoenix-2021” təlimlərində isə “Hürkuş” təyyarələrinin yeni konfiqurasiyası təqdim edilib. “Hürkuş-HYU” adlanan konfiqurasiya ROKETSAN istehsalı 4 ədəd MAM-L sursatları ilə təchiz edilib.

“Hürkuş-HYU” hava platformaları üçün lazer işarələmə tapşırıqlarını yerinə yetirən kadr hazırlığı üçün istifadə ediləcək.

Dizayn Xüsusiyyətləri:

Üstün Aerodinamik Performans
TUSAS dizaynı orijinal 1600 SHP Turboprob Mühərriki
Beş qanadlı alüminium pər
Əks uçuş qabiliyyəti
Arxa kokpitdə yüksək görünürlük
Müxtəlif fiziki ölçülərə malik pilotlar üçün nəzərdə tutulmuş erqonomik kokpit
Kabin təzyiq sistemi
Təyyarədə oksigen istehsal sistemi
Anti-G sistemi ilə kokpit kondisioner sistemi
Hərbi təlimçilərə xas olan yüksək zərbəyə davamlı eniş qurğusu
“Hands-On-throttle and Stick” (HOTAS sistemi)
Quşların zərbələrinə qarşı gücləndirilmiş örtük

Texniki xüsusiyyətlər:

Maksimum kreyser sürəti: 574 km/saat
Dayanma sürəti (Eniş Konfiqurasiyası): 143 km/saat
Maksimum əməliyyat hündürlüyü: 10577 m
Maksimum qalxma sürəti (dəniz səviyyəsidə): 22 m/s
Maksimum uçuş vaxtı (15.000 futda): 4 saat 15 dəq
Maksimum məsafə (15.000 futda) 1478 km
Uçuş Məsafəsi (Dəniz səviyyəsində): 489 m
G məhdudiyyətləri: +7/-3,5 q

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Hürkuş   HHQ   Təlim  

MAM-L sursatı ilə uğurlu atışlar| Azərbaycan Türkiyədən “Hürkuş” təlim təyyarələri alır? – ARAŞDIRMA (II YAZI)

2021/12/89999-1638776705.jpg
Oxunub: 7136     11:46     06 Dekabr 2021    

Bizi "telegram"da izləyin