Paşinyan, Papikyan və Mirzoyan ikinci kapitulyasiya sənədinə imza atacaq

2021/12/78978-1638529746.jpg
Oxunub: 1463     20:43     03 Dekabr 2021    
Noyabrın 26-da Azərbayacan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən danışıqlardan sonra verilən bəyanat dərc olunmazdan əvvəl hamıya aydın idi ki, ermənipərəst olmayan növbəti kapitulyasiya sənədi imzalanacaq, bu sənəd demarkasiya və delimitasiya addımlarının ardıcıllığını aydın şəkildə müəyyənləşdirəcək, bunun nəticəsində Ermənistan həyati və strateji əhəmiyyət kəsb edən itkilərə məruz qalacaq.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “168 jam” nəşri yazıb.

Nəşr qeyd edir ki, Nikol Paşinyan həmin sənədləri imzalamaq üçün başqa ssenari hazırlamışdı. O, elə həmin gün hakimiyyətinin sonu olacağını yaxşı bildiyi üçün yuxarıda qeyd olunan məzmunlu sənədləri imzalamaqdan yayındı.

“Nikol Paşinyan üçün bir nömrəli vəzifə öz hakimiyyətini, kreslosunu saxlamaq olduğundan o, eyni kapitulyasiya sənədlərini imzalamaq üçün başqa üsul seçdi. Razılaşmaya əsasən, Nikol Paşinyan Soçidə geniş ictimaiyyət üçün mümkün qədər “dişsiz” bəyanat imzalayıb, bundan sonra Ermənistan müdafiə və xarici işlər nazirləri səviyyəsində əsas sazişlər imzalanıb. Belə ki, onun fikrincə, o, hakimiyyətini saxlamağa nail olur, ən azı bir müddət ictimai rəyi çaşdıraraq, sırf öz məsuliyyətini başqalarına, indiki halda həmin nazirlərə paylamağa çalışır.

Əldə etdiyimiz məlumata görə, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bu günlərdə Moskvada konkret Rusiya-Azərbaycan tərəfləri ilə danışıqlar aparıb və həmin sənədlər və müzakirələrin nəticələri ilə Ermənistana qayıdıb.

Üstəlik, dünən axşam Nikol Paşinyan özünün “Mülki müqavilə” partiyasının üzvləri ilə görüşüb, Soçidə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün yol xəritəsini və onların imzalanması yollarını təqdim edib.

Yəni bir qədər əvvəl xəbər verdiyimiz kimi, Nikol Paşinyan ikinci kapitulyasiya sənədini imzalayacaq, lakin bu dəfə bunu başqa adamlar vasitəsilə edəcək. Necə ki, Azərbaycana Gorus-Qapan yolunun verilməsi ilə bağlı sənədi bir neçə ay əvvəl keçmiş Müdafiə naziri Vağarşak Harutyunyan bu yaxınlarda parlamentdə etiraf edən Nikol Paşinyanın şəxsi göstərişi ilə imzalayıbsa, Ermənistanın da bu kapitulyasiya sənədləri Suren Papikyan və Ararat Mirzoyan tərəfindən imzalanacaq.

Beləliklə, Nikol Paşinyan Türkiyə və Azərbaycana verdiyi vədləri səssizcə, geniş ictimaiyyət üçün gizli şəkildə yerinə yetirməyə çalışacaq.

Həmin sənədlərdə hansı biabırçı “təhlükəli, alçaldıcı müddəaların” qeyd edildiyini yaxın vaxtlarda təqdim edəcəyik”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Kapitulyasiya  

Paşinyan, Papikyan və Mirzoyan ikinci kapitulyasiya sənədinə imza atacaq

2021/12/78978-1638529746.jpg
Oxunub: 1464     20:43     03 Dekabr 2021    

Bizi "telegram"da izləyin