Serj Sarkisyan Rusiyaya qarşı çıxır? – Bu, Kremlin xoşuna gəlməyəcək

2017/12/345345_1512115157.jpg
Oxunub: 1155     15:18     03 Dekabr 2021    
“Ermənistanda keçirilən növbədənkənar seçkilər dərin böhrandan çıxış yoluna çevrilmədi, biz bu dəfə Ermənistan Respublikasının suveren ərazilərində yeni cəhənnəm dövrünə qədəm qoyduq”.

Bu Ermənistanın üçüncü prezident Serj Sarkisyanın “Vahid Rusiya” partiyasının 20 illiyi münasibətilə təşkil olunmuş beynəlxalq partiyalararası forumdakı çıxışından bir parçadır.

Qeyd etmək lazımdır ki, Sarkisyan əslində “Vahid Rusiya”nın təşkil etdiyi tədbirdə İrəvanın rəsmi mövqeyini qeyd edir ki, bu da dolayısı ilə Ermənistanın təhlükəsizlik məsələlərində hüquqi və siyasi öhdəlikləri olan tərəf kimi Rusiyanın məsuliyyətini vurğulamaq deməkdir. Bu kontekstdə maraqlıdır ki, Serj Sarkisyan “Vahid Rusiya” partiyasının hazırkı lideri, Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin 2010-cu ildə İrəvana səfərini və Rusiya hərbi bazası ilə bağlı sazişdə hərbi bazanın genişləndirilməsi düzəlişləri xatırlayır.

Belə ki, “Vahid Rusiya” forumunda Ermənistana müdaxilə olduğunu iddia edən Sarkisyan, 2010-cu il sazişinə istinad edərək Medvedevə bəzi eyhamlar vurmağa çalışıb. Sarkisyan Rusiya tribunasında kifayət qədər açıq çıxışında faktiki olaraq sözügedən iddianı qaldırır və orada Rusiyanın məsuliyyətinə eyham vurur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Rusiya  

Serj Sarkisyan Rusiyaya qarşı çıxır? – Bu, Kremlin xoşuna gəlməyəcək

2017/12/345345_1512115157.jpg
Oxunub: 1156     15:18     03 Dekabr 2021    

Bizi "telegram"da izləyin