Türkiyə və Pakistan Azərbaycanın hərbi-siyasi gücünün dayaqlarına çevrilir – QISA BAXIŞ

2021/09/97afa-1631347994.jpg
Oxunub: 1169     17:55     03 Dekabr 2021    
Türkiyə Xarici İşlər naziri ilə ABŞ Dövlət katibinin Riqada ikitərəfli görüşü baş tutdu. “Anadolu” agentliyinin məlumatına görə, Mövlud Çavuşoğlu və Entoni Blinken iki ölkə arasındakı münasibətləri, Ukrayna və Suriyadakı münaqişələri, Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Çavuşoğlu və Blinken Latviyanın paytaxtında NATO Xarici İşlər Nazirlərinin toplantısında iştirak edir.

Beləliklə, Türkiyə artıq Cənubi Qafqaz, daha doğrusu Ermənistan-Azərbaycan məsələlərini dünya liderləri ilə əsas müzakirə mövuzusuna çevrilib.

Danışıqlara paralel olaraq Bakı və Ankara hərbi əməkdaşlığı davam etdirir. Bu yaxınlarda Bakıda Azərbaycan, Pakistan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub. Müdafiə naziri Zakir Həsənov Bakıda Pakistanın Müdafiə Sənayesi naziri Zobaida Cəlal ilə danışıqlar aparıb.

Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan-Pakistan strateji tərəfdaşlığının inkişaf səviyyəsindən məmnunluq ifadə ediblər, həmçinin ikitərəfli hərbi əməkdaşlığın əsas vektorları müzakirə edilib.

Məlumata görə, Müdafiə naziri Zakir Həsənov və Zobaida Cəlal Azərbaycan, Pakistan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlığın perspektivlərini də müzakirə ediblər. Nazir üç ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edib, bu sahədə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Son illər Bakı və İslamabad təkcə hərbi sahədə deyil, həm də iqtisadi, mədəni və dini sahələrdə əlaqələri ardıcıl olaraq dərinləşdirir. Azərbaycan hərbçilərinin Pakistanda keçirilən hərbi paradda iştirakı iki ölkə münasibətlərində əlamətdar hadisə olub. Buna qədər Azərbaycan ordusu yalnız Türkiyə və Rusiyada keçirilən hərbi paradlarda iştirak edirdi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Pakistan   Azərbaycan  

Türkiyə və Pakistan Azərbaycanın hərbi-siyasi gücünün dayaqlarına çevrilir – QISA BAXIŞ

2021/09/97afa-1631347994.jpg
Oxunub: 1170     17:55     03 Dekabr 2021    

Bizi "telegram"da izləyin