“Ohanyana bildiriş göndərmişəm, ona arvadını nizama çağırmağı məsləhət görmüşəm” - Köçəryan

2021/12/00-75-1638524875.jpg
Oxunub: 1198     17:11     03 Dekabr 2021    
Ermənistan parlamentinin Müdafiə komissiyasının sədri Andranik Köçəryan “Facebook” səhifəsində ölkənin keçmiş Müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanın onun ünvanına yazdığı qeydlərə toxunub.

Ordu.az xəbər verir ki, Andranik Köçəryanın “Facebook” qeydini təqdim edir:

“Keçmişdə və ümumiyyətlə orduda olmuş korrupsiya, bunun aradan qaldırılması istiqamətində tərəfimdən verilən bəyanatlardan, gətirilmiş nümunələrdən (Vahaqn məhəlləsində illərdir inşa edilən xüsusi ev də daxil olmaqla), eləcə də mətbuatda bu nümunələr ətrafında genişlənmiş müzakirələrdən sonra Seyran Ohanyanın həyat yoldaşı davamlı olaraq anlaşılmaz aktivlik nümayiş etdirir.

Sonuncu tərəfindən ötən gün verilmiş bəyanatdan sonra mediada xəbərlər yayıldı ki, guya mən KİV-lərdən biri ilə ona anonim şəkildə cavab vermişəm. Bununla bağlı qeyd edim ki, yuxarıda qeyd olunan xanımın məzmunsuz qeydləri maraqlarımın dairəsindən kənardır, buna görə də cavabsız qalacaq. Ancaq onun ərinə bildiriş göndərmişəm, ona arvadını nizama çağırmağı məsləhət görmüşəm və onun bu cür ifadələrini tənbeh etmişəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Köçəryan   Ermənistan  


“Ohanyana bildiriş göndərmişəm, ona arvadını nizama çağırmağı məsləhət görmüşəm” - Köçəryan

2021/12/00-75-1638524875.jpg
Oxunub: 1199     17:11     03 Dekabr 2021    
Ermənistan parlamentinin Müdafiə komissiyasının sədri Andranik Köçəryan “Facebook” səhifəsində ölkənin keçmiş Müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanın onun ünvanına yazdığı qeydlərə toxunub.

Ordu.az xəbər verir ki, Andranik Köçəryanın “Facebook” qeydini təqdim edir:

“Keçmişdə və ümumiyyətlə orduda olmuş korrupsiya, bunun aradan qaldırılması istiqamətində tərəfimdən verilən bəyanatlardan, gətirilmiş nümunələrdən (Vahaqn məhəlləsində illərdir inşa edilən xüsusi ev də daxil olmaqla), eləcə də mətbuatda bu nümunələr ətrafında genişlənmiş müzakirələrdən sonra Seyran Ohanyanın həyat yoldaşı davamlı olaraq anlaşılmaz aktivlik nümayiş etdirir.

Sonuncu tərəfindən ötən gün verilmiş bəyanatdan sonra mediada xəbərlər yayıldı ki, guya mən KİV-lərdən biri ilə ona anonim şəkildə cavab vermişəm. Bununla bağlı qeyd edim ki, yuxarıda qeyd olunan xanımın məzmunsuz qeydləri maraqlarımın dairəsindən kənardır, buna görə də cavabsız qalacaq. Ancaq onun ərinə bildiriş göndərmişəm, ona arvadını nizama çağırmağı məsləhət görmüşəm və onun bu cür ifadələrini tənbeh etmişəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin