ABŞ-Aİ liderləri müdafiə və təhlükəsizlik dialoqu üçün yeni platforma yaradacaqlar

2021/12/7HQUB-1638518867.jpg
Oxunub: 726     11:07     04 Dekabr 2021    
ABŞ və Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri müdafiə və təhlükəsizlik məsələlərində dialoq üçün yeni platforma hazırlayırlar.

Ordu.az xəbər verir ki, Aİ Hərbi Qərargahının baş direktoru, fransalı vitse-admiral Hervé Blejan məlumat yayıb.

O bildirib ki, bu barədə açıqlama dekabrın 3-də ABŞ dövlət katibi Entoni Blinken və Aİ-nin baş diplomatı Cosep Borrell tərəfindən verilə bilər.

Dekabrın 2-də Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində fransalı zabit qeyd edib ki, yeni mexanizmin “təqdis edilməsi” üçün sammit baş tuta bilər, lakin vaxt hələ bəlli deyil.

Blejean bildirib ki, yeni forum Amerika və Avropa müdafiə idarələri arasında inkişaf edən kadrlar səviyyəsində əlaqələri rəsmiləşdirmək üçün nəzərdə tutulub. Mümkün əməkdaşlıq sahələrinə kiberməkan və iqlim dəyişikliyi ilə bağlı təhdidlərin aradan qaldırılması, habelə pozucu texnologiyalar üzrə səylərin birləşdirilməsi daxildir.

Çinə gəldikdə, Aİ və ABŞ hökumətləri Pekinin nə dərəcədə təhlükə hesab edilməli olduğu ilə bağlı eyni fikirdə deyil, avropalılar seçilmiş sahələrdə əməkdaşlığa qapını açıq qoymaq üçün daha diqqətli ünsiyyətdən istifadə edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ    


ABŞ-Aİ liderləri müdafiə və təhlükəsizlik dialoqu üçün yeni platforma yaradacaqlar

2021/12/7HQUB-1638518867.jpg
Oxunub: 727     11:07     04 Dekabr 2021    
ABŞ və Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri müdafiə və təhlükəsizlik məsələlərində dialoq üçün yeni platforma hazırlayırlar.

Ordu.az xəbər verir ki, Aİ Hərbi Qərargahının baş direktoru, fransalı vitse-admiral Hervé Blejan məlumat yayıb.

O bildirib ki, bu barədə açıqlama dekabrın 3-də ABŞ dövlət katibi Entoni Blinken və Aİ-nin baş diplomatı Cosep Borrell tərəfindən verilə bilər.

Dekabrın 2-də Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində fransalı zabit qeyd edib ki, yeni mexanizmin “təqdis edilməsi” üçün sammit baş tuta bilər, lakin vaxt hələ bəlli deyil.

Blejean bildirib ki, yeni forum Amerika və Avropa müdafiə idarələri arasında inkişaf edən kadrlar səviyyəsində əlaqələri rəsmiləşdirmək üçün nəzərdə tutulub. Mümkün əməkdaşlıq sahələrinə kiberməkan və iqlim dəyişikliyi ilə bağlı təhdidlərin aradan qaldırılması, habelə pozucu texnologiyalar üzrə səylərin birləşdirilməsi daxildir.

Çinə gəldikdə, Aİ və ABŞ hökumətləri Pekinin nə dərəcədə təhlükə hesab edilməli olduğu ilə bağlı eyni fikirdə deyil, avropalılar seçilmiş sahələrdə əməkdaşlığa qapını açıq qoymaq üçün daha diqqətli ünsiyyətdən istifadə edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ    


Bizi "telegram"da izləyin