Ordu.az xəbər verir ki, bu barədə Türiyənin “SavunmaSanayiST” nəşri yazıb.
“TCG Ufuk” milli resurslarla, “Milli gəmi” (MİLGEM) layihəsində qazanılan təcrübə ilə hazırlanıb.
STM tərəfindən inşa edilən gəmi siqnal kəşfiyyatı (SIGINT) üçün faydalı yüklərlə də təchiz edilib. “TCG Ufuk” xüsusilə Aralıq dənizi, Egey və Qara dənizlərdəki inkişaflardan irəli gələn təcili ehtiyaclar üçün hazırlanıb. Gəmi özünümüdafiə üçün aşağı çaplı pulemyotlarla təchiz edilib.
Gəminin Taktiki-Texniki Xüsusiyyətləri:
Uzunluq: 94,5 metr
Eni: 14.4 metr
Maksimum sürət: 18+ düyün
Hava platforması: 10 tonluq helikopter
Fasiləsiz səyahət: 45 gün
İstifadəyə verilən kəşfiyyat gəmisinin Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən birgə istifadə ediləcəyi təxmin edilir.
Sevinc Əliyeva
Ordu.az