Türkiyə ordusuna “tank məhv edən” platformalar təhvil verilib

2021/12/KAPLA-1638428031.jpg
Oxunub: 1242     20:12     03 Dekabr 2021    
Türkiyənin FNSS şirkəti ölkənin Silahlı Qüvvələrinə “Kaplan” sursat daşıyan avtomobilləri təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

FNSS tərəfindən tırtıllı “Kaplan” və təkərli “Pars” tank əleyhinə avtomobilin Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi davam edir. Silah Daşıyıcı Vasitələr Layihəsi çərçivəsində Türkiyənin Quru Qoşunları Komandanlığına 113+ maşın təhvil verilib, ümumilikdə 344 avtomobilin təhvil verilməsi planlaşdırılır.

ROKETSAN şirkətinin YALMAN/KMC silah sisteminin inteqrasiya olunmuş “Kaplan”ın kvalifikasiya sınaqları və tədarükü 2021-ci ilin sonu və ya 2022-ci ildə başlayacaq. ROKETSAN bir müddətdir inteqrasiya üzərində çalışsa da, “Covid-19” pandemiyası səbəbindən layihədə 1 ilə yaxın gecikmə oldu.

YALMAN/KMC silah sistemi quru və dəniz platformalarına tətbiq oluna bilən modul quruluşa malikdir və eyni qüllədə müxtəlif sursatlardan istifadə etməyə imkan verir. Hazırda “Ulaq” insansız dəniz platformalarında istifadə edilən və sınaq məqsədi ilə “Burak” sinfinə məxsus korvetlərə inteqrasiya edilən YALMAN/KMC “Omtas”, “Umtas”, “Cirit” və “Sungur” raketlərindən istifadə edə biləcək. Bundan əlavə, 7,62 mm-lik pulemyotun silah sisteminə inteqrasiyası üzrə işlər davam etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   STA   Kaplan  

Türkiyə ordusuna “tank məhv edən” platformalar təhvil verilib

2021/12/KAPLA-1638428031.jpg
Oxunub: 1243     20:12     03 Dekabr 2021    

Bizi "telegram"da izləyin