Amerikalı general: “ABŞ-Çin arasında hipersəs silahları ilə bağlı silah yarışı davam edir”

2021/12/7b6d7-1638346066.jpg
Oxunub: 1586     12:33     01 Dekabr 2021    
ABŞ və Çin arasında hipersəs silahları ilə bağlı “silah yarışı” sürətlə davam edir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Frenk Kendall məlumat verib.

O qeyd edib ki, bu, uzun müddətdir davam edən silahlanma yarışıdır və çinlilər buna çox aqressiv yanaşıblar.

“Silahlanma yarışı var, bu, sayın artması üçün deyil, keyfiyyətin artırılması üçün gedir”, - deyə Kendall bildirib.

Pentaqon bu il hipersəs silahlarını sınaqdan keçirib, lakin fərqli nəticələr əldə edib. “Reuters” xəbər verir ki, oktyabr ayında Alyaskanın Kodiak adasındakı Sakit Okean Kosmik Liman Kompleksindən eksperimental sistem üçün sınaq, gücləndirici sistemdə problem səbəbindən uğursuz olub.

Hipersəs silahlar səs sürətindən beş dəfə yüksək və ya saatda təxminən 3800 mil sürətlə hərəkət edən platformalardır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin