“Kommunikasiyaların açılması məsələsinə prinsipal formada qarşı olmaq mümkün deyil” - Xaçaturyan

2021/11/jk456-1638266103.jpg
Oxunub: 799     16:12     30 Noyabr 2021    
“Təbii olaraq kommunikasiyaların açılaması məsələsinə prinsipal formada qarşı olmaq mümkün deyil, lakin vacib olan odur ki, bu kommunikasiya əlaqələrini açmaq baxımından hansı növ və formada açılış məcbur edilir və ya mövcuddur?”.

Ordu.az xəbər verir ki, bunu Daşnaksütun bürosunun nümayəndəsi Hakob Xaçaturyan deyib.

Xaçaturyan Soçidə qəbul edilmiş üçtərəfli bəyanata toxunaraq bildirib ki, bəyanatda bir çox şeylər haqqında söz yox idi.

“Demarkasiya və delimitasiya prosesini təxirə salmaq imkanı olsaydı, biz mütləq bunun tərəfdarı olardıq. Lakin bu hakimiyyət iddia edir ki, 9 noyabr və 11 yanvar bəyanatlarında müddəa olduğu üçün bu həyata keçirilməlidir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə nəyin bahasına olursa-olsun, demarkasiya yolu ilə Qarabağ məsələsini basdırmağa çalışacaq.

“Hakimiyyət sanki bu məğlub və vətənsiz vəziyyətə düşərək çoxlu güzəştlərə hazırdır”, - deyə Xaçaturyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kommunikasiyalar   Azərbaycan   Ermənistan  


“Kommunikasiyaların açılması məsələsinə prinsipal formada qarşı olmaq mümkün deyil” - Xaçaturyan

2021/11/jk456-1638266103.jpg
Oxunub: 800     16:12     30 Noyabr 2021    
“Təbii olaraq kommunikasiyaların açılaması məsələsinə prinsipal formada qarşı olmaq mümkün deyil, lakin vacib olan odur ki, bu kommunikasiya əlaqələrini açmaq baxımından hansı növ və formada açılış məcbur edilir və ya mövcuddur?”.

Ordu.az xəbər verir ki, bunu Daşnaksütun bürosunun nümayəndəsi Hakob Xaçaturyan deyib.

Xaçaturyan Soçidə qəbul edilmiş üçtərəfli bəyanata toxunaraq bildirib ki, bəyanatda bir çox şeylər haqqında söz yox idi.

“Demarkasiya və delimitasiya prosesini təxirə salmaq imkanı olsaydı, biz mütləq bunun tərəfdarı olardıq. Lakin bu hakimiyyət iddia edir ki, 9 noyabr və 11 yanvar bəyanatlarında müddəa olduğu üçün bu həyata keçirilməlidir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə nəyin bahasına olursa-olsun, demarkasiya yolu ilə Qarabağ məsələsini basdırmağa çalışacaq.

“Hakimiyyət sanki bu məğlub və vətənsiz vəziyyətə düşərək çoxlu güzəştlərə hazırdır”, - deyə Xaçaturyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kommunikasiyalar   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin