Ukraynalı ekspert: “İlham Əliyev İƏT üzvlərini Zəngəzur dəhlizindən istifadədə iştiraka dəvət edib”

2021/11/image-1638265949.jpg
Oxunub: 607     16:01     30 Noyabr 2021    
“Bakı Azərbaycanın inkişafı üçün strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi məsələsində mərcləri qaldırır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində ukraynalı tanınmış ekspert Aleksandr Kovalenko yazıb.

Onun sözlərinə görə, sözün əsl mənasında Soçidə Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərini Zəngəzur dəhlizindən istifadədə iştiraka dəvət edib.

“Üstəlik, Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Geosiyasi mürəkkəblik ondan ibarətdir ki, 40 kilometrlik dəhliz Ermənistanın Sünik vilayətindən keçir, Bakı və İrəvan arasında isə Qarabağda artıq otuz ildir hərbi münaqişə var. Lakin sanki indi İham Əliyev öz bəyanatı ilə mərcləri qaldırmaq qərarına gəlib”, - deyə Kovalenko bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   İƏT  


Ukraynalı ekspert: “İlham Əliyev İƏT üzvlərini Zəngəzur dəhlizindən istifadədə iştiraka dəvət edib”

2021/11/image-1638265949.jpg
Oxunub: 608     16:01     30 Noyabr 2021    
“Bakı Azərbaycanın inkişafı üçün strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi məsələsində mərcləri qaldırır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində ukraynalı tanınmış ekspert Aleksandr Kovalenko yazıb.

Onun sözlərinə görə, sözün əsl mənasında Soçidə Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərini Zəngəzur dəhlizindən istifadədə iştiraka dəvət edib.

“Üstəlik, Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Geosiyasi mürəkkəblik ondan ibarətdir ki, 40 kilometrlik dəhliz Ermənistanın Sünik vilayətindən keçir, Bakı və İrəvan arasında isə Qarabağda artıq otuz ildir hərbi münaqişə var. Lakin sanki indi İham Əliyev öz bəyanatı ilə mərcləri qaldırmaq qərarına gəlib”, - deyə Kovalenko bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   İƏT  


Bizi "telegram"da izləyin