Qazaxıstana 4 modernləşdirilmiş L-39C təyyarəsi təhvil verilib

2021/11/Upgra-1638254724.jpg
Oxunub: 792     15:55     30 Noyabr 2021    
Qazaxıstan Hərbi Hava Qüvvələrinə 4 modernləşdirilmiş L-39C təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində təyarənin avionik sistemlərində əhəmiyyətli dəyişikliklər edilib.

Qazaxıstanın hökumət nümayəndə heyəti “Aero Vodoçodi” və “Omnipol” şirkətlərinə baş çəkib və uğurlu əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Çexiyadakı təyyarə zavodunda 4 ədəd L-39C təyyarəsi modernləşdirilib, təhvil-təslim mərasimi isə Qazaxıstanda keçirilib. Müqaviləyə texniki qulluqçuların və pilotların yenidən hazırlanması da daxildir. Qazaxıstan pilotları təlimdən dərhal sonra modernləşdirilmiş təyyarədən istifadəyə başlaya bilərlər.

Modernləşdirmə çərçivəsində “Aero Vodoçodi” Qazaxıstan təyyarələrindəki avionikləri modernləşdirib. Bu modernləşdirmə istifadəçinin yeni L-39NG-yə keçidini əhəmiyyətli dərəcədə asanlaşdırır və L-39 təyyarəsini yeni nəsil təyyarələr üçün təlim tələblərinə cavab verən standartlara çatdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Təyyarə  


Qazaxıstana 4 modernləşdirilmiş L-39C təyyarəsi təhvil verilib

2021/11/Upgra-1638254724.jpg
Oxunub: 793     15:55     30 Noyabr 2021    
Qazaxıstan Hərbi Hava Qüvvələrinə 4 modernləşdirilmiş L-39C təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, layihə çərçivəsində təyarənin avionik sistemlərində əhəmiyyətli dəyişikliklər edilib.

Qazaxıstanın hökumət nümayəndə heyəti “Aero Vodoçodi” və “Omnipol” şirkətlərinə baş çəkib və uğurlu əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Çexiyadakı təyyarə zavodunda 4 ədəd L-39C təyyarəsi modernləşdirilib, təhvil-təslim mərasimi isə Qazaxıstanda keçirilib. Müqaviləyə texniki qulluqçuların və pilotların yenidən hazırlanması da daxildir. Qazaxıstan pilotları təlimdən dərhal sonra modernləşdirilmiş təyyarədən istifadəyə başlaya bilərlər.

Modernləşdirmə çərçivəsində “Aero Vodoçodi” Qazaxıstan təyyarələrindəki avionikləri modernləşdirib. Bu modernləşdirmə istifadəçinin yeni L-39NG-yə keçidini əhəmiyyətli dərəcədə asanlaşdırır və L-39 təyyarəsini yeni nəsil təyyarələr üçün təlim tələblərinə cavab verən standartlara çatdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Təyyarə  


Bizi "telegram"da izləyin