Litva gəmiləri üçün İtaliyadan naviqasiya radarları sifariş edir

2021/11/BSP_9-1638182878.jpg
Oxunub: 939     11:45     30 Noyabr 2021    
Litva dəniz patrul gəmiləri (OPV) üçün İtaliyanın “Leonardo” şirkətindən “GEM Elettronica Columbus Mk2 3D” adlı naviqasiya radarları sifariş edib.

Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.

Oktyabrın 27-də Nazirlik öz internet saytında 7,9 milyon avroluq (8,9 milyon ABŞ dolları) müqavilənin əvvəlki həftə imzalandığını və satınalmanı onun Müdafiə Resursları Agentliyinin həyata keçirdiyini açıqlayıb.

“Leonardo” 2023-cü ilin sonuna qədər radarları quraşdırıb inteqrasiya edəcək, texniki sənədləri təqdim edəcək və onların operatorlarına təlim keçəcək.

Məlumata görə, hədəfin dost və ya düşmən olduğunu müəyyən edə bilən antenalar da radarlara inteqrasiya olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   İtaliya  


Bizi "telegram"da izləyin