Serbiyaya bu ilin sonunadək “Kornet” TƏİRK-ləri təhvil veriləcək

2018/05/2261-Kornet-M_1526903509.jpg
Oxunub: 858     15:56     29 Noyabr 2021    
Rusiya istehsalı olan ilk “Kornet” Tank Əleyhinə İdarəolunan Raket Kompleksləri (TƏİRK) 2021-ci ilin sonuna qədər Serbiyaya təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Soçidə Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra bildirib.

O qeyd edib ki, bunlar strateji deyil, çox vacib taktiki silahlardır.

““Kornet” sistemləri, “Kornet”lər üçün buraxılış qurğuları və “Kornet”lər üçün zirehdeşici raketlər müstəsna əhəmiyyət kəsb edir”, - deyə Vuçiç bildirib.

Rusiya daha əvvəl Serbiyaya 30 ədəd T-72MS tankı və 30 BRDM-2MS zirehli personal daşıyıcısı təhvil verib. 2018-ci ildən 2020-ci ilin fevralınadək Rusiya Serbiyaya 4 Rusiya istehsalı olan Mi-35M helikopteri, 6 MiQ-29 döyüş təyyarəsi, 10 BRDM-2 kəşfiyyat və patrul zirehli maşını, 3 Mi-17V-5 nəqliyyat helikopteri, həmçinin “Pantsir” sistemləri tədarük edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Kornet  


Serbiyaya bu ilin sonunadək “Kornet” TƏİRK-ləri təhvil veriləcək

2018/05/2261-Kornet-M_1526903509.jpg
Oxunub: 859     15:56     29 Noyabr 2021    
Rusiya istehsalı olan ilk “Kornet” Tank Əleyhinə İdarəolunan Raket Kompleksləri (TƏİRK) 2021-ci ilin sonuna qədər Serbiyaya təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Soçidə Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra bildirib.

O qeyd edib ki, bunlar strateji deyil, çox vacib taktiki silahlardır.

““Kornet” sistemləri, “Kornet”lər üçün buraxılış qurğuları və “Kornet”lər üçün zirehdeşici raketlər müstəsna əhəmiyyət kəsb edir”, - deyə Vuçiç bildirib.

Rusiya daha əvvəl Serbiyaya 30 ədəd T-72MS tankı və 30 BRDM-2MS zirehli personal daşıyıcısı təhvil verib. 2018-ci ildən 2020-ci ilin fevralınadək Rusiya Serbiyaya 4 Rusiya istehsalı olan Mi-35M helikopteri, 6 MiQ-29 döyüş təyyarəsi, 10 BRDM-2 kəşfiyyat və patrul zirehli maşını, 3 Mi-17V-5 nəqliyyat helikopteri, həmçinin “Pantsir” sistemləri tədarük edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Kornet  


Bizi "telegram"da izləyin