İsrail ABŞ və İranın nüvə danışıqlarına qayıtmasından narahatdır

2021/11/F2109-1638180913.jpg
Oxunub: 720     16:38     29 Noyabr 2021    
İsrailin Baş naziri Naftali Bennett Vyanada İranla nüvə danışıqlarının bərpasından bir gün əvvəl ABŞ-ın İranla müvəqqəti razılaşması ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasının əvvəlində danışıb.

O qeyd edib ki, İsrail sanksiyaları ləğv etmək və nüvə proqramına kifayət qədər məhdudiyyət qoyulmaması müqabilində İrana milyardlarla vəsait axınına icazə vermək istəyindən çox narahatdır.

“Bu, həm amerikalılara, həm də İranla danışıqlar aparan digər ölkələrə hər şəkildə verdiyimiz mesajdır”, - deyə Baş nazir qeyd edib.

Bennett əlavə edib ki, Xarici İşlər naziri Yair Lapid bu həftə Parisdə Böyük Britaniyanın Baş naziri Boris Consona və Fransa prezidenti Emmanuel Makrona eyni mesajı çatdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


İsrail ABŞ və İranın nüvə danışıqlarına qayıtmasından narahatdır

2021/11/F2109-1638180913.jpg
Oxunub: 721     16:38     29 Noyabr 2021    
İsrailin Baş naziri Naftali Bennett Vyanada İranla nüvə danışıqlarının bərpasından bir gün əvvəl ABŞ-ın İranla müvəqqəti razılaşması ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasının əvvəlində danışıb.

O qeyd edib ki, İsrail sanksiyaları ləğv etmək və nüvə proqramına kifayət qədər məhdudiyyət qoyulmaması müqabilində İrana milyardlarla vəsait axınına icazə vermək istəyindən çox narahatdır.

“Bu, həm amerikalılara, həm də İranla danışıqlar aparan digər ölkələrə hər şəkildə verdiyimiz mesajdır”, - deyə Baş nazir qeyd edib.

Bennett əlavə edib ki, Xarici İşlər naziri Yair Lapid bu həftə Parisdə Böyük Britaniyanın Baş naziri Boris Consona və Fransa prezidenti Emmanuel Makrona eyni mesajı çatdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin