Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi öz mənbələrinə istinadən yazıb.
Bildirilir ki, “Reutov NPO Maşinostroyenia” ölkənin Hərbi Dəniz Qüvvələri üçün yeni raketin istehsalı ilə məşğuldur.
Mənbələr qeyd edib ki, raketin dövlət sınaqları davam etdiriləcək, yerüstü daşıyıcıdan daha bir neçə buraxılış planlaşdırılır.
Müdafiə Nazirliyinin məlumatına görə, bu ay yerüstü daşıyıcıdan “Zirkon” hipersəs raketinin sonuncu sınağı keçirilib. Noyabrın 18-də Şimal Donanmasının “Admiral Qorşkov” freqatı Ağ dənizdəki poliqonlardan birində raketi buraxıb.
Sevinc Əliyeva
Ordu.az