“Kapitulyasiya yeni müharibəyə aparır, bundan yayınmaq olmayacaq” - Şahnazaryan

2021/11/3ba1e-1638180056.jpg
Oxunub: 1159     12:23     30 Noyabr 2021    
“Kapitulyasiya yeni müharibəyə aparır, bundan yayınmaq olmayacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Davit Şahnazaryan deyib.

Onun sözlərinə görə, müharibə aparmağa hazır olmadıqda sülh ola bilməz.

“Müharibə aparmağa hazır deyilsənsə, sülh ola bilməz, “müharibə hazır deyilsən” demirəm, “müharibə aparmağa hazır deyilsən” deyirəm”, - deyə Şahnazaryan qeyd edib.

Ermənistan MTX-nin keçmiş rəhbəri bildirib ki, Azərbaycan avtomobilinin Ermənistan ərazisindən keçməsi və Ermənistanın bunun təhlükəsizliyini təmin etməsi mümkün deyil.

“Kommunikasiya vasitələrinə tərəfdar olduğumu dediyimdə bunlar yalnız və yalnız dəhlizlər ola bilər, yəni bu yolların təhlükəsizliyini Ermənistan yox, başqa qüvvələr təmin etməlidir”, - deyə o vurğulayıb.

Şahnazaryan vurğulayıb ki, delimitasiya bir-biri ilə problemi olmayan ölkələr arasında aparılır: “Delimitasiya və ya demarkasiya bir-biri ilə ümumiyyətlə heç bir problemi olmayan ölkələr arasında aparılır, delimitasiya keçmiş Sovet İttifaqı ərazisində demək olar ki, heç bir yerdə aparılmayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kapitulyasiya   Şahnazaryan  


“Kapitulyasiya yeni müharibəyə aparır, bundan yayınmaq olmayacaq” - Şahnazaryan

2021/11/3ba1e-1638180056.jpg
Oxunub: 1160     12:23     30 Noyabr 2021    
“Kapitulyasiya yeni müharibəyə aparır, bundan yayınmaq olmayacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Davit Şahnazaryan deyib.

Onun sözlərinə görə, müharibə aparmağa hazır olmadıqda sülh ola bilməz.

“Müharibə aparmağa hazır deyilsənsə, sülh ola bilməz, “müharibə hazır deyilsən” demirəm, “müharibə aparmağa hazır deyilsən” deyirəm”, - deyə Şahnazaryan qeyd edib.

Ermənistan MTX-nin keçmiş rəhbəri bildirib ki, Azərbaycan avtomobilinin Ermənistan ərazisindən keçməsi və Ermənistanın bunun təhlükəsizliyini təmin etməsi mümkün deyil.

“Kommunikasiya vasitələrinə tərəfdar olduğumu dediyimdə bunlar yalnız və yalnız dəhlizlər ola bilər, yəni bu yolların təhlükəsizliyini Ermənistan yox, başqa qüvvələr təmin etməlidir”, - deyə o vurğulayıb.

Şahnazaryan vurğulayıb ki, delimitasiya bir-biri ilə problemi olmayan ölkələr arasında aparılır: “Delimitasiya və ya demarkasiya bir-biri ilə ümumiyyətlə heç bir problemi olmayan ölkələr arasında aparılır, delimitasiya keçmiş Sovet İttifaqı ərazisində demək olar ki, heç bir yerdə aparılmayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kapitulyasiya   Şahnazaryan  


Bizi "telegram"da izləyin